Yaxın mədəniyyət müəssisələri

Ə.Əmirov adına Mədəniyyət Sarayı

Ə.C.Əmirov adına Mədəniyyət Sarayı Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 23 ünvanında yerləşir. Saray 1951- ci ildə inşa edilmiş və rayon zəhmətkeşlərinin istifadəsinə verilmişdir. Saray fəaliyyətə başladığı vaxtdan son dövrlərə qədər yaşından asılı olmayaraq hər bir vətəndaşın asudə vaxtının səmərəli və yüksək səviyyədə təkşil ediməsində böyük əhəmiyyətli rol oynamışdır. Sarayda bir çox kurs və dərnəklər, həmçinin özfəaliyyət kollektivləri, “Cocuk” studiyası, rəqs kollektivlər, dram və bədii qiraət dərnəkləri, rəsm dərnəyi, idmanın müxtəlif növlərindən ibarət məşğələlər və s.fəaliyyət göstərmişdir. Belə ki, çağırışçıların Həqiqi Hərbi Xidmətə yola salınmasında, N/saylı hərbi hissələrdə, cəbhə bölgələrində, əsgər və zabitlər qarşısında maraqlı konsert proqramları ilə çıxışlarına görə aldıqları diplom və fəxri fərmanlar, “Oyuq” kukla studiyasının əlil, kimsəsiz, valideyin himayəsindən məhrum olmuş, sağlamlığa ehtiyacı olan,qaçqın və şəhid ailələri üçün xeyriyyə tamaşaları, dram və bədii qiraət, rəsm, rəqs və s.dərnklərin kütləvi rayon tədbirlərində, ədəbi bədii kompozisiyalarda, görkəmli şəxsiyyətlərin yaradıcılıq gecələrində, fəal iştirakına görə Qaradağ rayon İcra Hakimiyyəti, Respublika Həmkarlar Komitəsi Təşkilatı tərəfindən, Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən, Yeni Azərbaycan Partiyası tərəfindən aldıqları diplom və fəxri fərmanlarla təltif olunması bu fəaliyyətin bariz nümunəsidir.

Həmçinin Sarayın yaradıcı kollektivinin 2000-2010- cu illərdə 2 fevral Gənclər günü münasibəti ilə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən hərbi hissədə cıxışına görə fəxri fərman alması, 9 may Faşizm üzərində qələbənin 60 illik yubileyində həsr olunmuş “Hünər” Gənclərin Respublika Hərbi və Əsgər mahnılarının ifasına görə keçirilən yarışmada aldığı diplomları, A.H.İ.Konfederasiyası “Mazut “ müqaviləsinin 100 illik yubileyinə həsr olunmuş ”Odlar Yurdu Azərbaycan” xaql yaradıcılığı müsabiqəsində I yerə layiq görülməsi, Neft Həmkarlarının” 100 illik yubileyinə həsr olunmuş “Xalq Yaradıcılığı və Özfəaliyyət Kollektivlərinin” müsabiqəsində çıxışına görə qazandığı uğurlar bu günədək də davam etməkdədir.Belə ki, Sarayın yaradıcı kollektivləri 10 may 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ümumşəhər tədbirində fəal iştirakına görə, Novruz bayramı Münasibəti ilə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində təşkil edilən konsert proqramına görə, rəqs kolektivlərinin 2014-cü ildə “23 nisan Ulusal Egemenlik və Cocuk bayramı” nda iştirakına görə aldığı fəxri fərmanlar, 2013 və 2015-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən Hərbi Vətənpərvərlik sahəsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif olunması, həmçinin kollektivimizin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkil etdiyi Spartakiada yarışlarında 3 –ü yerə layiq görülərək kubokla təltif olunması,daha sonra Dram dərnəyi üzvlərinin “Mərdəkan” Xalq teatrının 95 illik yubileyinə həsr olunmuş “Bakı Şəhər Xalq Teatrları Festivalında Fəal iştirakına görə aldığı fəxri fərman və Səhnə tərtibatına görə aldığı Diplomu qeyd etmək olar. Bundan başqa 10 may 2016-cı ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Hərbi Dəniz Qüvvələrinin şəxsi heyyəti qarşısında təşkil etdiyi konsert proqramına görə Fəxri Fərmanla təltif olunmuşdur.Mədəniyyət Sarayı bir sıra festival, müsabiqə və bilik yarışmalarına də ev sahibliyi etmişdir:“Gürcüstan Azərbaycan Dostluq Festivalı”,”Breyn-ring” untelektual yarışma, “Gənc İstedad” mahnı müsabiqəsi və.s

Hal hazırda Sarayda rəqsin bütün növləri, Rəsm, Məktəbəqədər hazırlıq (Az. Rus bölmələri) Gimnastika, İngilis dili, Karate, Komputer kursları, Psixoloq, İlkin tibbi yardım, Dərzilik, Qadın bərbəri, musiqi alətləri üzrə Nağara, Fortepiano, Gitaravə s. dərnəklər fəaliyyət göstərir.

5 saylı uşaq incəsənət məktəbi

Məktəb 1980-ci ildə yaranıb, ona 31 saylı musiqi məktəbi adı verilmişdir. 1998- ci ildə yenidən təşkil olunmuşdur və 5 saylı uşaq incəsənət məktəbi adı almışdır.Məktəbimiz aşağıdakı təşkilatların tabeçiliyindədir. Azərbaycan Respublika Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş idarəsi.Məktəbimizdə fortepiano,skripka, tar, kamança, qarmon, nağara, saz, xanəndə, vokal, klarnet, rəsm, rəqs ixtisasləar keçirilir. Hal-hazırda 5 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru Nağıyev Emin Hüseyn oğlu, tədris işləri üzrə direktor müavini babayev Nəvai İbrahim oğludur.

Müşfiqabad Mədəniyyət evi

14 iyun 1987-ci ildə fəaliyyətə başlamışdır. Bu müddət ərzində Mədəniyyət evinin özfəaliyyət kollektivləri bir sıra uğurlara imza atmış, qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etmişdir. İşküzar ,əməksevər kollektivin səy və bacarığının nəticəsidir ki, hazırda Müşfiqabad Mədəniyyət evi Qaradağ rayonunun ən qabaqcıl mədəniyyət müəssisələrindən biridir.

Möhtərəm Prezidentimiz İ.Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyətinin inkişafını təmin edən bir sıra dövlət proqramları reallaşmışdır. Müşfiqabad Mədəniyyət evinin yenidən təmir olunaraq müasir tələblərə cavab verən bir mədəniyyət ocağı kimi əhalinin istifadəsinə verilməsi də bu proqramların reallaşmasının bir nümunəsidir. 2012-ci ilin Dövlət Proqramına əsasən əsaslı təmir olunaraq 26 may 2014 cü ildə yenidən sakinlərin istifadəsinə verilmiş Müşfiqabad Müşfiqabad Mədəniyyət evi hazırda qəsəbə sakinlərinin əsil asudə vaxt və istirahət mərkəzi kimi fəaliyyət göstərir. Müasir tələblərə uyğun, geniş, işıqlı, lazımi avadanlıqlarlə təchiz olunmuş 41 məşq otağı, 224 konsert və 110 yerlik konfrans zalı kollektivimizə daha yaxşı işləmək üçün stimul verir, özfəaliyyət kollektivlərinin işini canlandırmağa, yeni kurs və dərnəklər açmağa və keçirilən məşğələlərin səviyyəsini yüksəltməyə ruhlandırır.

Mədəniyyət evinin açılışında Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Ə.Qarayevin praqram xarakterli nitqi kollektivimiz üçün tutarlı fəaliyyət proqramı olmuş və biz işimizi bu müddəalar əsasında qurmağa çalışırıq. Özfəaliyyət kollektivimiz Bakı şəhər Mədəniyyət Baş idarəsinin və Qaradağ rayon icra Hakimiyyətinin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir, keçirilən tədbirlərin daha dolğun ,daha ifadəli və daha yüksək səviyyədə təqdim edilməsi üçün səy və bacarığını əsirgəmir.

Mədəniyyət evində “Aidə” Xalq Kollektivi, bədii qiraət və dram dərnəkləri, uşaq musiqi kurs və dərnəkləri,”Ağsaqqal sözü “, “Sözün sehri””Gənc Turist” klubları və həvəskar birliklər fəaliyyət göstərir və bu yaradıcı birliklər öz ətrafında 200-ə qədər yeniyetmə və gənci birləşdirir

Müşfiqabad Mədəniyyət evində xalqımızın tarixində mühüm rol oynayan bütün tarixi günlər və milli mənəvi dəyərləri özündə əks etdirən əlamətdar hadisələr ,yubileylər müxtəlif miqyaslı və müxtəlif xarakterli rəngarəng tədbirlərlə qeyd edilir. Bu tədbirlər tək Mədəniyyət evi ilə məhdudlaşmır. Kollektivimiz öz fəaliyyətini yaxınlıqda yerləşən hərbi hissələrlə və orta məktəblərlə əlaqəli şəkildə qurur, mütəmadi olaraq əskər və zabit heyyətinin və eləcə də məktəblilərin qonağı olur. Hərbi hissələrdə və məktəblərdə keçirilən tədbirlər gənclərin dünyagörüşünün və fəal həyat mövqeyinin formalaşmasında ,onlarda vətənpərvərlik hissinin tərbiyə olunmasında mühüm rol oynayır.

Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (Nizami adına Lökbatan qəsəbə kütləvi kitabxanası) 1976-cı ildə yaradılmışdır. 2011-ci il yanvar ayından etibarən Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərir. Hazırda kitabxananın fondunda 216 min nüsxədən artıq ədəbiyyat saxlanılır. İl ərzində kitabxanaya gələn oxucuların sayı təxminən 22 minə yaxındır.

Kitabxana hər gün (bayram günlərindən başqa) saat 9:00-dan 18:00-a qədər işləyir.Kitabxanaya uşaqların yazılışı valideynlərin şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsi, böyüklərin yazılışı isə şəxsiyyət vəsiqələri ilə həyata keçirilir.

Qaradağ rayon MKS-nin 9 filialı fəaliyyət göstərir:

  1. 1 saylı Müşfiqabad qəsəbə kütləvi kitabxanası
  2. 2 saylı Sahil qəsəbə kitabxana filialı
  3. 3 saylı Puta qəsəbə kitabxana filialı
  4. 4 saylı Korgöz qəsəbə kitabxana filialı
  5. 5 saylı Səngəçal qəsəbə kitabxana filialı
  6. 6 saylı Çeyildağ qəsəbə kitabxana filialı
  7. 7 saylı Qobustan qəsəbə kitabxana filialı
  8. 8 saylı Ələt qəsəbə uşaq kitabxana filialı
  9. 9 saylı Ələt qəsəbə kütləvi kitabxanası.

Qaradağ rayon MKS-nin Mərkəzi Kitabxanasında 4 şöbə və 1 oxu zalı fəaliyyət göstərir:

  1. Oxuculara xidmət şöbəsi.

Şöbə abonoment və oxu zalından ibarətdir, Mərkəzi Kitabxana Sisteminin ədəbiyyatın təbliği üzrə kütləvi tədbirləri təşkil edir. Abonoment bölməsimüəyyən elm sahəsinə aid kitabların və yeni ədəbiyyatın sərgilərinin tərtibini və nümayişini təşkil edir. Oxucu formulyarlarının işlənməsinə, oxuculara verilən “rədd” cavablarının qeydiyyatına və təhlilinə nəzarət edir. Kütləvi tədbirlərin keçirilməsi haqqında sənədlərin (elan, dəvətnamə, proqram və protokollar) tərtib və saxlanılması işinə rəhbərlik edir. Mərkəzi Kitabxana Sisteminə yeni oxucuların cəlb edilməsi üçün tədbirlər təşkil edir.

2. Komplektləşdirmə və kitabişləmə şöbəsi.

Şöbə kitabxanaya daxil olan yeni ədəbiyyatların davamlı və ardıcıl işlənməsini, alınan yeni ədəbiyyatın qoşma sənədlə üzləşdirilməsini, bütün nüsxələrin ştamplaşdırılmasını, texniki işlənməsini, təsnifləşdirilməsini, hər adda nəşrin məlumat kataloqunun tərtib edilməsini, inventar nömrələrinin verilməsini, yeni ədəbiyyatın filiallar arasında bölünməsi işini həyata keçirir. Silinən ədəbiyyatın inventar kitabından, əlifba və sistemli kataloqdan çıxarılmasını, eyni zamanda kitabxanaya daxil olan dövrü nəşrlərin filial-kitabxanalara bölüşdürülməsini təşkil edir. Şöbəyə kitablar Mədəniyyət Nazirliyindən, Kitabxana Kollektorundan, M.F.Axundzadə adına Milli Kitabxanadan, müxtəlif təşkilatlardan və müəlliflərdən daxil olur. Şöbə filiallar üçün əlifba və sistemli kataloq tərtib edir.

3. Metodika və biblioqrafiya şöbəsi.

Şöbə Mərkəzi Kitabxana və filial-kitabxanalara metodiki köməklik göstərərək mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsində, hesabatların, illik və aylıq iş planlarının tərtib olunmasında yaxından iştirak edir. Hər ayın sonunda kitabxana işçilərinin aylıq seminarı keçirilir. Seminarda kitabxana işinə dair aktual mövzular müzakirə olunur. Bununla yanaşı Metodika-biblioqrafiya şöbəsində kitabxanaya gündəlik daxil olan dövrü mətbuatın kartotekasının işlənməsi həyata keçirilir. Filial-kitabxanalara gedişlər zamanı kitabxanaların ümumi tərtibat işlərinə, sərgilərin təşkilinə, əlifba və sistemli kataloqun düzgün və səliqəli şəkildə düzülüşünə, gündəliklərin səliqəli və düzgün yazılışına, keçirilmiş tədbirlərin sənədlərinin protokol qaydası ilə yazılmasına metodistlər tərəfindən nəzarət edilir və metodiki tövsiyyələr verilir. M.F.Axundzadə adına Milli Kitabxanadan, F.Köçərli adına Uşaq kitabxanasından, C.Cabbarlı adına Gənclər kitabxanasından alınan metodiki vəsaitlərin müzakirəsini və struktur bölmələrdə tətbiqini təşkil edir.

4.İnformasiya-resurs şöbəsi.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il 162 saylı Qərarına əsasən Mərkəzi Kitabxanada yaradılmış bu şöbə kitabxananın web-saytının idarə olunmasını həyata keçirir.O cümlədən MKS-in web-saytında informasiyaların tənzimlənməsi, məlumatların yerləşdirilməsi, qruplaşdırılması işlərinin yerinə yetirilməsi məlumat bazasını təkmilləşdirir.

Nağıl otağından kiçik yaşlılar, ibtidai sinif müəllimləri istifadə edə bilərlər. Burada onlar Azərbaycan, rus, ingilis və digər dillərdə olan nağıl və hekayələr oxuya, internetdən istifadə etməklə materiallardan bəhrələnə bilərlər.

Sənqəçal qəsəbə Mədəniyyət evi 1957-ci ildə qəsəbədə yerləşən N saylı hərbi hissə üçün nəzərdə tutulmuş yay klubu kimi tikilmişdir. 1974-cü ildə hərbi hissə özləri üçün hərbi şəhərcikdə yeni klub tikdikdən sonra həmin qəsəbədə yerləşən klub və həmin ildə təmənnasız olaraq Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Təmir oluduqdan sonra qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.

1991-inci ilə qədər mədəniyyət evində stosional kino qurğu fəaliyyət göstərməklə, gündəlik qəsəbə sakinlərinə kino filmləri nümaiş edilmişdir.Bundan əlavə olaraq mədəniyyət evində pullu kurslar və dərnəklər eləcədə öz fəaliyyət kollektivləri fəaliyyət göstərmişdir (məsələn:pullu dərnəklərdə “tibb bacısı”, “biçmə-tikmə” dərnəkləri, stol üstü oyunları “ tenis, bilyard, şahmat” olmuşdur. Bununla bərabər “ Xəyal” instrumental ansanbılı və “Miraj” vokal instrumental ansanbılı fəaliyyət göstərmişdir.

Hal-hazirda mədəniyyət evində “ rəqs” dərnəyi təşkil edilir. İllik və yarım illik iş planına uyğun olaraq mədəniyyət evində və qəsəbənin ərazisində yerləşən hərbi hissədə əsgər və zabitlərin qarşısında tədbirlər keçirilir.Mütəmadi olaraq əsgər və zabitlər qarşısında (26 iyun- Silahlı Qüvvələr günü,31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliy günü və Yeni il, Novruz bayramı) munasibəti ilə tədbirlər keçirilir.

Mədəniyyət evində hal-hazırda texniki işçi ilə birlikdə 5 nəfər işçi çalışır. Mədəniyyət evi uyğunlaşdırılmış binada yerləşir. Sonuncu dəfə 2006 -cı ildə təmir olunub.

Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi.

Bakı Şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9nömrəli uşaq musiqi məktəbi 19 avqust 1959-cu ildə yaranıb. 1975 - ci ildə məktəb statusu verilib. 1986-ci ildə isə ilk dəfə olaraq Bakı şəhəri üzrə uşaq musiqi məktəbləri arasında xanəndə sinfi bu məktəbdə açılıb. 1989 - cu ildən Cabbar Qaryağdıoğlu adını daşıyır. Məktəbin yeni binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin Texniki İdarəsi tərəfindən 2014- cü ildə istifadəyə verilib.2017-2018-ci ildə isə məktəbimizin bir sıra şagirdləri Azərbaycan Milli Konservatoriyasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə, Respublika İncəsənət Gimnaziyasına və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunublar.Məktəbimiz bir çox xarici ölkələrdə festivallarda fəal iştirak edib.

Qobustan mədəniyyət evi 1952-ci ildə yaranıb. Mədəniyyət evi fəalliyyətə başladığı gündən burada Aşıqlar kollektivi yaradılmışdır.

Qeyd edək ki, Mədəniyyət evi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət etməklə yanaşı, həm də gənclərimizin milli-mədəni dəyərlərimizə olan sevgisinin artmasına təkan verir.

2012-ci ildə müvafiq dövlət proqramına uyğun olaraq 1600 kv.m-lik mədəniyyət evinin əsaslı təmirinə başlanılmışdır. Görülmüş işlər nəticəsində bina ən müasir avadanlıqlarla təmin edilərək qəsəbə sakinlərinin ixtiyarına verilmişdir.

28№li Uşaq Musiqi Məktəbi haqqında

Bakı şəhəri Qaradağ rayonu,Sahil qəsəbəsi,Xəqani küçəsi 1 A-da yerləşən 28 №-li Uşaq Musiqi Məktəbi,Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 08 iyun 1978-ci il tarixli 05.463№-li sərəncamına əsasən 1979 - cu ildə 9 №-li musiqi məktəbinin filialı əsasında yaradılıb.

Bakı Şəhər İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsinin 25 sentyabr 1979 - cu il tarixli 284-k №-li Əmrinə əsasən Nəsirov Rəşid Hüseyn oğlu yeni açılmış 28 №-li musiqi məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.

Azərbaycan SSR Mədəniyyət Nazirinin 26 oktyabr 1987- ci il 306-k №-li əmrinə, Bakı şəhəri İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsinin 02 noyabr 1987- ci il tarixli 236- k №-li Əmrinə əsasən Əzimov Mehman Əli oğlu 28№-li Uşaq Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.

28 №-li UMM Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.

Müəllimlərin köməyi ilə siniflər müxtəlif əyani vəsaitlərlə rəsmiləşdirilib. Məktəbdə 2018/2019 -cu tədris ilində, fortepiano,skripka,klarnet,tar,kamança,kanon,qarmon,xanəndə saz,nağara və vocal ixtisasları üzrə 284 şagird təhsil alır, 49 əsas və 4 əvəzçi müəllim işləyir. 28 №-li musiqi məktəbi fəaliyyətə başladıqdan sonar,1383 şagird məktəbi bitirib.1987-ci ildən Musiqi Məktəbini bitirən şagirdlərdən 67 nəfəri Azərb.Milli Konservatoriyanın Nəzdində Musiqi Kolleci ,Bakı Musiqi Akademiyası vəAzərbaycan Dövlət İncəsənət Universitetində təhsil alır və bitiriblər.

Məktəbimiz uşaqlara musiqi sahəsində ibtidai təhsil alır.Azərbaycan xalq ,klassik və dünya mədəniyyəti və i ncəsənətinin ən gözəl nümunələri əsasında onların estetik zövqünü formakaşdırır. Ən istedadlı və qabiliyyəti şagirdləri təhsillərini davam etdirmək məqsədilə müvafiq ixtisaslar üzrə orta ixtisas və ali ixtisas təhsil müəssisələrinə qəbul olunmaq üçün hazırlayır.

Məktəbin şagird və müəllimləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən keçirilən dövlət tədbirlərində ,müsabiqə və festivallarda daimi iştirak edir.