Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin həyatını, çoxşaxəli siyasətini və zəngin irsini əks etdirən ekspozisiya zalı yerləşir.

Ekspozisiya zalı 12 lövhədən ibarətdir və bu lövhələrdə yerləşən fotoşəkillər Ümummilli Liderimizin uşaqlıq illərini, onun ictimai və siyasi fəaliyyətini əks etdirir.

Burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrədilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev Mərkəzində nümayiş olunan fotolar ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənayə obyektlərinin açılışında iştiraki əks etdirməklə yanaşı, rayonun inkişafının hər zaman ulu öndərin diqqət mərkəzində olduğu bir daha sübut edir.

Gənc nəslin milli mənəvi ruhda tərbiyə edilməsində də ulu öndərin fikirlərinin əvəzsiz rolu vardır. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azerbaycançılıq məfkurəsinin dərindən ğyrənilməsi, geniş təbliğ olunması baxımından da mühüm əhəmiyyətə malikdir.