Kitabxana

Mərkəzin Kitabxana və informasiya texnologiyaları bölməsi, kitabxana və informasiya otağından ibarətdir. Mərkəzin 1121 nüsxə kitab, jurnal, broşür və digər çap materialları toplanmışdır. Kitabxanadan istifadə edən oxucular Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab, jurnal, broşur və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur.