“QARADAĞ RAYONU AZƏRBAYCANIN, BAKININ ƏN GÖZƏL RAYONLARINDAN BİRİDİR”

Heydər Əliyev

1997-ci ilin 12 noyabrında Xəzərin Azərbaycan bölməsindəki “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində neft hasilatına başlandı.İlkin nefti “Çıraq” verdi.Bu münasibət ilə həmin gün platformada təntənəli mərasim keçirildi. Mərasimdə Həydər Əliyev, layihənin əməliyyatçısı olan BP şirkətinin nümayəndələri və.s qonaqlar iştirak edirdilər. “Çıraq” platforması xəzərdə,Bakı 120 km Şərqdə yerləşir.

1998-ci ildə Heydər Əliyev “İstiqbal” qazma qurğusunun işə salınması münasibətilə təntənəli mərasimdə iştirak edib.

30 dekabr 1999-cu ildə Ulu Öndər Heydər Əliyev Qaradağ rayon Ümid qəsəbəsində məcburi köçkünlər və şəhid ailələri üçün inşa edilmiş evlərin təqdim etmə mərasimində iştirak edib və onları yeni mənzillərlə təltif edib.

Azərbaycan KP MK I katibi H.Əliyev “Nərimanneft” Nİİ – də istehsalat qabaqcıllarına fəxri fərman təqdim edərkən

Azərbaycan KP MK I katibi H.Əliyev Bakı Dərin Özüllər zavodunda

Azərbaycan KP MK I katibi H.Əliyev N.Nərimanov adına NQÇİ- də

Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

Sonra Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı

Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində

Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar.

Qeyd edək ki, “Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək..

Sonra Prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basdı.