Cari ilin 24 noyabr tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Nizami ili" ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvinin “Leyli və Məcnun” filminin nümayişi təşkil olunmuşdur.

Cari ilin 24 noyabr tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Nizami ili" ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvinin “Leyli və Məcnun” filminin nümayişi  təşkil olunmuşdur.

Cari ilin 24 noyabr tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Nizami ili" ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvinin “Leyli və Məcnun” filminin nümayişi təşkil olunmuşdur. İlk öncə tədbir iştirakçılarına Mərkəzin əməkdaşı Arzu İbrahimova dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında geniş mühazirə oxumuş və daha sonra film nümayiş etdirilmişdir. Filmin nümayişində Qaradağ rayon 288, 166 və 139 saylı tam orta məktəblərin şagird va müəllim kollektivləri iştirak etdilər. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.