"Ümumdünya Layiqli Əmək Günü" ilə əlaqədar tədbir

"Ümumdünya Layiqli Əmək Günü" ilə əlaqədar tədbir

5 oktyabr 2021-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Ümumdünya Layiqli Əmək Günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə Mərkəzin əməkdaşları iştirak edirdilər. Tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masada keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Mərkəzin kiçik elmi işçisi Nigar Gülməmmədova açaraq işçiləri salamladı və tədbirlə bağlı nitq söylədi. Qeyd etdi ki, Azərbaycan Respublikasında layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli inkişaf strategiyasında ölkə vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanıb. aparılan işlərin əsas məqsədi ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında yaxından hiss etməsinə, onun rifahına təminat yaradan bu sosial siyasətdən layiqli şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır. Daha sonra çıxış edən Mərkəzin direktoru Həsənova Samirə və Baş fond mühafizi Leyla Nəcəfova bildirdi ki, Layiqli əmək səmərəli iş və iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir. Əmək qanunvericiliyində işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatında, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında çevik və fəal, məşğulluq xidmətlərinin çeşidinin və keyfiyyətinin, işsiz və işaxtaranlar, işəgötürənlər üçün əlçatanlıq səviyyəsinin yüksəldilməsi və şəffaflaşması, vahid məşğulluq portalının yaradılması, əmək bacarıqlarının artırılması üçün mövcud peşə tədrisi sisteminin maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində islahatlar aparılmaqdadır.Tədbirin sonunda kiçik elmi işçi Nigar Gülməmmədova Mərkəzin əməkdaşlarına təşəkkürlərini bildirərək tədbiri yekunlaşdırdı.