18-20 may tarixlərini əhatə edən “Beynəlxalq Ailə günü” münasibətilə Heydər əliyev Mərkəzində “Açıq qapı” günləri başlamışdır

18-20 may tarixlərini əhatə edən “Beynəlxalq Ailə günü” münasibətilə Heydər əliyev Mərkəzində “Açıq qapı” günləri başlamışdır

18-20 may tarixlərini əhatə edən “Beynəlxalq Ailə günü” münasibətilə Heydər əliyev Mərkəzində “Açıq qapı” günləri başlamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2008-ci ildən etibarən hər il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq, 15 may “Beynəlxalq Ailə günü” ilə bağlı silsilə tədbirlər keçirilir.

“Beynəlxalq Ailə günü” ərəfəsində Azərbaycanın bütün bölgələrini əhatə edən tədbirlərin keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətini bir daha ailə məsələlərinə yönəldilməsi, ailə institunun möhkəmləndirilməsi, sağlam və güclü ailələrin təbliğ edilməsidir.
18 may 2021-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş “Açıq qapı” günləri başlamışdır. Tədbirin məqsədi 3 gün ərzində ailələr üçün psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə məsləhətlər aksiyasının təşkil olunmasıdır.
Tədbir xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq keçirilir.