“Çiçəklənən Azərbaycan” adlı onlayn rəsm müsabiqəsi elan edilir

“Çiçəklənən Azərbaycan” adlı onlayn rəsm müsabiqəsi elan edilir

Qaradağ rayon Heydər Əliyev Mərkəzi, Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15-iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı onlayn rəsm müsabiqəsi elan edilir.

Şəkilin müəllifi çəkdiyi rəsmin şəkilini Mərkəzin İnstagram və Facebook səhifələrinin mesaj bölmələrinə göndərməlidir.

Müsabiqənin qalibləri səsvermə nəticəsində bəlli olacaq. Ən çox bəyənmə toplayan şəkillərin müəllifləri qalib seçiləcək. İlk üçlüyə layiq görülən iştirakçılar medal və fəxri fərmanla təltif olunacaqdır. Müsabiqə iştirakçılarına dəstək olmaq üçün izləyicilərdən aktiv olmalarını xahiş edirik.