Ermənistan təcavüzünün nəticələri

1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, Azərbaycan xalqının taleyinin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik.Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bununlada Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qaradağ rayonunda 205 nəfər şəhid,6 nəfər isə Milli qəhrəman olmuşdur.

Qaradağ rayonun Milli qəhramanları

İmanov Samid Gülağa oğlu 1981-ci il 14 oktyabrda Neftçala rayonu, Həsənabad kəndində anadan olub. 25.07.2005-ci ildə baş Leytenant, 25.07.2009-cu ildə Kapitan, 30.12.2013-cü ildə Mayor rütbəsi almışdır. 25.07.2003-cü Azərbaycan Ali Hərbi Məktəbinin idarəetmə mühəndisliyi fakultəsini bitirib. 25.07.2004-cü ildən Müdafiə Nazirliyinin xüsusi təyinatlı N-saylı hərbi hissəsində xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 19676 nömrəli sərəncamı ilə 2016-ci il 19 aprel tarixində Azərbaycan Milli Qəhrəmanı “Qızıl Ulduz” medalı alıb.

03.04.2016-cı ildə Goranboy rayon ərazisində düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olmuşdur.

Məhərrəmov Səxavət Ələmdar oğlu 1973-cü il 13 dekabrda Azərbaycan Respublikasının Amasya rayonunda anadan olub. 16.12.1991-ci ildə Qaradağ RHK tərəfindən xidmətə çağırılıb. Ağdərə rayonu 6500 h/h 26.07.1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Həmin ildə də Qəhrəman adı alıb.

Əliyev Yusif Əliyusif oğlu 1969-cu il 12 fevralda Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. DİN tərəfindən hərbi xidmətə çağırılıb. 14.09.1991-ci ildə Goranboy rayon Buzluq kəndində gedən döyüşlərdə həlak olub. 05 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Milli Qəhrəman adı verilmişdir.

Niftəliyev Cəmil Səmədxan oğlu 1968-ci il 05 oktyabrda Azərbaycan Respublikasının Yardımlı rayonunda anadan olub. 10 mart 1992-ci ildə Qaradağ RHK tərəfindən hərbi xidmətə çağırılıb. 28 mart 1992-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə həlak olub. Azərbaycan Respublikası Prezidentinin 08.10.1992-ci il tarixli 827 saylı fərmanı ilə Milli Qəhrəman adı almışdır.

Quliyev Emin Ələkbər oğlu 1976-cı il 12 avqustda Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 26.08.1992-ci ildə Qaradağ RHK tərəfindən 776 saylı hərbi hissəyə hərbi xdmətə çağırılıb. 17 mart 1995-ci ildə Azərbaycan Respublika Dövlətçiliyi Mənafeyini qoruyarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adı almışdır.

Rzayev Rövşən Abdulla oğlu 1969-cu il 15 oktyabrda Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1992-ci ilin yanvar ayında öz xahişi ilə DİN-in N-saylı hərbi hissəsində hərbi xidmətə çağırılıb. Polis kapitanı Rzayev Rövşən Abdulla oğlu 08.01.1991-ci il tarixində Qobustan qəsəbəsində yerləşən həbsxanada terrorçuların zərərsizləşdirilməsində və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən həlak olub. 12.01.1999-cu il tarixli 73 saylı Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adı verilmişdir.