Mərkəzin binası

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin inşasına 2010 - cu ildə başlanmış, 21 yanvar 2011 – ci il tarixində cənab Prezident İlham Əliyev tərəfindən açılışı olmuş və istifadəyə verilmişdir. İki mərtəbəli binanın ümumi sahəsi 2294 m² - dir. (daxili sahəsi isə 1850 m²)

Birinci mərtəbədə giriş (71 m²), holl (170 m²), 24 kompyuterdən ibarət internet zalı (150 m²), sayı mindən çox olan kitab və 6 kompyuterdən ibarət kitabxana (71 m²), 140 fotoşəkil və 1 büstdən ibarət ekspozisiya sərgi zalı (456 m²), Mərkəzin fondunun yerləşdiyi arxiv otağı (35,5 m²), direktor otağı (42 m²), katibə otağı (17,5 m²), köməkçi otaq (4.2 m²), iki sanitar qovşaq (hər biri 17,7 m²) yerləşir. Ikinci mərtəbə isə 50 nəfərlik iclas zalından (150 m²), 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlarla təchiz olunmuş 220 nəfərlik konfrans zalından (352 m²), kafeteriyadan (121 m²), vestibüldən (110 m²), texniki otaqdan (30 m²) və iki sanitar qovşaqdan (hər biri 18.5 m²) ibarətdir.