Astara rayon Heydər Əliyev Mərkəzində tədbir

Astara rayon Heydər Əliyev Mərkəzində tədbir

26 fevral 2020-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qafqaz üçün Regional Ekoloji Mərkəz “Qlobal Ekoloji Fondun 7-ci dövriyyəsi çərçivəsində “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: Təkmilləşmiş idarəçilik və menecment vasitəsi ilə mühafizə olunan təbiət əraziləri şəbəkəsinin gücləndirilməsi” layihənin hazırlanması mərhələsinə dəstək” mövzusunda tədbir keçirilmişdir.

Fevral ayının 26-dan 28-dək layihə üzrə pilot ərazilər olan Şirvan və Hirkan Milli Parklarına və ətraflarında yerləşən kəndlərə səfərlər planlaşdırılıb. Səfərin əsas məqsədi Layihənin ilkin dizaynının təqdimatı və xarici və yerli partnyorlar arasında fikir mübadiləsidir.