Astara rayon Heydər Əliyev Mərkəzində təlim

Astara rayon Heydər Əliyev Mərkəzində təlim

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramda dövlət gənclər siyasəti və gənclərin hərtərəfli inkşafı ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 20 fevral 2020-ci il tarixindən 21 fevral 2020-ci il tarixinədək Astara rayon Heydər Əliyev Mərkəzində “ Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilmişdir.

Layihənin həyata keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən Astara rayonunda yaşayan gəncləri üzə çıxarmaq, onları biznes istiqamətində maarifləndirmək və öz ideyalarını reallaşdırmaq üçün onlara dəstək olmaqdan ibarətdir.