Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib

24 yanvar 2020-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda olan vətəndaşlar işlə təminat, idman avadanlıqlarının və fəxri adların verilməsi ilə müraciətlər ediblər.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş,bir qismi baxılması üçün icraya yönəldilmiş, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Gənclər Evində olaraq müəssisənin fəaliyyətinə baxış keçirmiş, problem və çətinliklərlə maraqlanmış və burada yerləşən Bayraq Muzeyinin eksponatları ilə tanış olub.

Yekunda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Olimpiya İdman Kompleksində olmuş və idman müəssisəsinin fəaliyyəti ilə tanış olub.