Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq Astarada

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq Astarada

Hindistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq 24 iyul 2019-cu il tarixində Astara rayonunda olmuşdur.

Səfirlə görüş zamanı Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev böyük İpək Yolu üstündə yerləşən Astaranın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat vermişdir.

“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə Hindistan-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə iş adamları üçün münbit şəraitin yarandığını vurğulamışlar.

Hindistanlı diplomat Astara rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra səfir “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil və dəmir yolu xəttinə baxış keçirmiş, Park-bulvar kompleksi, çəltik emalı zavodu, “Astara Çay” MMC-nin çay plantasiyası və çay fabriki ilə tanış olmuşdur.