Azəriqaz” İB-nin rəhbərliyi cənub bölgəsində vətəndaşların müraciətlərini dinləyib

Azəriqaz” İB-nin rəhbərliyi cənub bölgəsində vətəndaşların müraciətlərini dinləyib

04 iyul 2019-cu il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ramil İsgəndərov vətəndaş qəbulu keçirmişdir.

Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz” İB-nin rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.