Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev Astara rayonunda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  cənab Sahil Babayev Astara rayonunda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev və Astara rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

17 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayon Heydər Əliyev Mərkəzində vətəndaşları fərdi qaydada qəbul edib.

Qəbul zamanı vətəndaşlar əsasən sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Cənab Sahil Babayev vətəndaşlarla görüşündə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir əmək, məşğulluq, sosial təminat sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunverici-liyə uyğun izahatlar verilib. Bir sıra vətəndaşların müraciətlərə uyğun olaraq onlara vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına və peşə hazırlığına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyata alınıblar. Digər müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.