Astara rayon Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində "Elektron Kitabxana" fəaliyyət göstərir. Kitabxananın sahəsi 98.3 kv.m-dir. Elektron Kitabxana fonduna müxtəlif mövzuda kitablar, jurnallar və SD disklər daxildir. Bunlardan 1890 ədədi kitab, 166 ədədi jurnal, 1 ədədi fotosənəd, 15 ədədi elektron (SD) diskdən ibarətdir. Eyni zamanda elektron kitabxanada 21 ədəd kompüter vardır.

Elektron Kitabxana 25 bölmədən ibarətdir. "Elektron Kitabxana"nın yüzlərlə oxucusu vardır. Həmin oxucular əsasən Astara rayonunun şagird və tələbələrindən ibarətdir.