Heydər Əliyev və Astara

Heydər Əliyev və Astara

Astara ilə mənim əlaqəmin tarixi çox böyükdür

Ulu Öndər Heydər Əliyev

Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın digər bölgələri kimi, Cənuba, xüsusən Astaraya dəfələrlə səfər etmiş, rayonun strateji əhəmiyyətini xatırlamış, vətənimizin cənubdan olan giriş - çıxış qapısının inkşafının əhəmiyyətini bəyan etmişdir.

Maraqlı və tarixi faktlardan biri də ondan ibarətdir ki, Heydər Əliyev bu dövrlərdə 11 dəfə Astara rayonuna rəsmi səfər etmişdir.

1957-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri kimi, birinci dəfə Astara rayonuna gəlmiş, “N” saylı sərhəd dəstəsinin kollektivinə “Keçici Qırmızı Bayraq” təqdim etmiş, burada rayon rəhbərliyi və ziyalılarla görüşmüşdür, 1961- ci ildə Astara rayon Partiya Komitəsinin iclas zalında rayon fəalları və ziyalıları ilə görüş keçirmiş, “Respublika çekistləri kəşfiyyat və əks-kəşfiyyat sahəsində mövzusunda bir saatlıq məruzə etmişdir, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, respublika Ali Sovetinin o vaxt kı, sədri İsgəndərovla birgə Astara rayonuna səfər etmiş, yenə də “N” saylı sərhəd dəstəsinə Pyotr Kujinin adının verilməsi mərasimində iştirak etmiş, içtimaiyyət nümayəndələri ilə görüşmüşdür, 1970-ci il noyabrın 5-də Azərbaycan KP MK-nın birinci katibi kimi Heydər Əliyev keçmiş SSRİ Ali Sovetinin sədri N.Podqornı ilə birlikdə Astaraya iki günlük səfərində SSRİ-İran beynəlxalq qaz kəmərinin açılışında iştirak etmişdir, 1973-cü ilin mart ayında Heydər Əliyev Astarada olub, rayon zəhmətkeşlərini – tərəvəzçiləri, çayçıları və heyvandarlıq sahəsində çalışanları zərbəçi əmək nümunəsi gəstərdiklərinə görə, hər üç sahəni “Keçici Qırmızı Bayraq”la təltif etmişdir.

1974-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyev keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK-nın kənd təsərrüfatı üzrə katibi F.D.Kulakovla birlikdə Astaraya səfər etmiş, rayonun kənd təsərrüfatı ilə yaxından tanış olmuş, iqtisadi və sosial problemləri təhlil etmiş, bu istiqamətdə konkret tədbirlər planı irəli sürmüşdür, 1975-ci ilin iyun ayında Ümummilli Liderimiz Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Ziya Nuriyevlə birlikdə Astarada olmuş, əhali ilə görüşmüş, tərəvəzçiliyin və sitrusçuluğun inkşafı ilə maraqlanmış və səmərəli təkliflərini vermişdir, 1980-ci ildə O, Sovet İttifaqı kosmonavtı Kumarovla birlikdə Astaraya növbəti səfərini etmiş, Kijabə qəsəbəsinin zəhmətkeşləri ilə görüşmüşdür, 1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi kimi Ulu Öndər Heydər Əliyev Astaraya gəlmiş, rayonun partiya və təsərrüfat fəalları ilə geniş toplantı keçirmiş, Astaraya 4 “Keçiçi Qırmızı Bayraq” təqdim etmiş, dərin məzmunlu tarixi nitq söyləmişdir, 1982-ci ilin iyun-iyul aylarında (iki günlük) respublika rəhbəri Ulu Öndər Heydər Əliyev rayonun Ərçivan, Kakalos, Kijabə, Giləkaran, Kələdəhnə ərazilərində fəaliyyət gəstərən o vaxt kı, sovxoz əməkçiləri ilə iş yerində görüşmüş, əkin tarlalarının, çay plantasiyalarının, sitrus bağlarının vəziyyəti ilə tanış olmuş, dəyərli tövsiyələrini vermiş, rayon mərkəzində əhali qarşısında nitq söyləmisdir.

1998-ci il oktyabr ayının 5-də müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Ulu Öndər Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində Astara rayonuna gəlmiş, şəhərin girəcəyində bir qrup ağsaqqallarla görüşdükdən sonra mərkəzi meydanda minlərlə astaralı qarşısında tarixi nitq soyləmiş, Astara şəhidlərinin Xatirə Kompleksini ziyarət etmiş, general-mayor Arif Heydərov adına “N” saylı sərhəd zastavasında olmuşdur. Astaralı seçicilər həmin il əksəriyyətlə Ümummilli Lider Heydər Əliyevə səs vermişdir.