Ikimərtəbəli binanın girişində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində Muzey yerləşir. Muzeydə ekspozisiya zalı 8 guşədən ibarətdir: 7 guşə Ümummilli Lider Heydər Əliyevin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolar və 1 guşə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna 2004-cü ildən - 2015-ci lə qədər olan səfərlərini əks etdirən bölmədir, eyni zamanda monitor vardır.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr olunan bölmələrdə Ulu Öndərin uşaqlıq və gənclik dövrlərini, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərini əks etdirən ekspozisiyada 139 ədəd muzey əşyası nümayiş etdirilir : 86 ədəd şəkil, 39 ədəd sənəd, 1 ədəd Ulu Öndər Heydər Əliyevin “Büstü”, 10 ədəd Ulu Öndər Heydər Əliyevin “Müqqəddəs kəlamlar”ı, 1 ədəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Müqqəddəs kəlamı”, 1 ədəd “Çıraq” və 1 ədəd “Su Səhəngi” nümayiş etdirilir.

Qiymətli eksponatlar arasında Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri, əmək adamları ilə görüşlərini eks etdirən fotolar nümayiş olunur. Mərkəzdə Ulu Öndərin Astara rayonuna səfərləri zamanı görüşlərinə aid fotolar ayrıca guşədə yer alaraq muzeyin ekspozisiyasını bəzəyir.

Ulu Öndər Heydər Əliyev Astara rayonuna rəsmən 11 dəfə səfər etmişdir. Astara rayonunun inkişafının bütöv bir mərhələsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı, bütün respublikada olduğu kimi Astara rayonunun inkişafında mühüm rol oynamışdır. Ümummilli Liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonu ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görürlər. Məhz Astara rayon Heydər Əliyev Mərkəzindəki fotoşəkillər Ulu Öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.