Astara rayon Artuba kənd tam orta məktəbinin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində olmuşlar

Astara rayon Artuba kənd tam orta məktəbinin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində olmuşlar

23 yanvar 2020-ci il tarixində Astara rayon Artuba kənd tam orta məktəbinin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar.

Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova ekskursiyaya gələn müəllim və şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat vermişdir.