Astara rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr “ Əsrin Müqaviləsi “nin 25 illiyi ilə əlaqədar “ Əsrin Müqaviləsi “ (Heydər Əliyev) mövzusunda tematik söhbət və sərgi

Astara rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr “ Əsrin Müqaviləsi “nin 25 illiyi ilə əlaqədar  “ Əsrin Müqaviləsi “ (Heydər Əliyev) mövzusunda tematik söhbət və sərgi

20 sentyabr 2019-ci il tarixində Astara rayonu Qaz İdarəsinin işçiləri Astara rayon Heydər Əliyev Mərkəzində olmuşlar.

Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Astara rayonu Qaz İdarəsinin işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin omür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat vermişdir.

Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin “Rəssamlıq”, “ Toxuculuq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə və kitablara baxmışlar.