Astara rayon Heydər Əliyev Mərkəzində 14 Iyul Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar sərgi və tematik görüş

Astara rayon Heydər Əliyev Mərkəzində 14 Iyul  Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar sərgi və tematik görüş

11 iyul 2019-cu il tarixində Astara rayon Heydər Əliyev 14 Iyul Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar sərgi və tematik görüş keçirilmişdir.

Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Mərkəzə gələnləri salamlamış, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Əbədiyyət yolu” mövzusunda film nümayiş olunmuşdur.

Sonra İştirakçılar Astara rayon Heydər Əliyev Mərkəzinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.

Dərhək rəhbəri Cəmalə Məmmədova şəkillər haqqında məlumat vermişdir.

Mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummili Liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkşaf yolu keşmişdir.

Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial - iqtisadi, eləcə də humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcək, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacağını vurğulamışdır.

Astara rayon İcra Hakimiyyətinin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi və Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru əvəzi İlyas Məmmədov çıxış edərək bildirmişlər ki, Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər Heydər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuiq işlərinin təşəbbüskarı olmuşdur.