Astara rayon Günərzi Qayğı Mərkəzinin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində olmuşlar

Astara rayon Günərzi Qayğı Mərkəzinin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində  olmuşlar

08 iyul 2019-cu il tarixində Astara rayon Günərzi Qayğı Mərkəzinin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar.

Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ekskursiyaya gələn müəllim və şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat vermişdir.

30 iyun-10 iyul 2019-cu il tarixində ölkəmizdə YUNESKO-nun Ümümdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bununla əlaqədar olaraq, Astara rayon Günərzi Qayğı Mərkəzinin müəllim və şagirdləri Mərkəzdə “Azərbaycanın böyük mədəni irsi və YUNESKO” mövzusunda “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar