15 sentyabr “Bilik günü” ilə əlaqədar “Azərbaycan Xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilib.

15 sentyabr “Bilik günü” ilə əlaqədar “Azərbaycan Xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda ZOOM proqramı vasitəsi ilə  onlayn videokonfrans keçirilib.

14 sentyabr 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində Astara rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Astara rayon Pedaqoji Kollecinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin,Samux rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara şəhər M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili ” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilmişdir.

Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış və qeyd etmişdir ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub.Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Bağırova, Astara rayon Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Rufan Şirinov, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Zeynəb Məmmədzadə, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova,Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Astara şəhər M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və. M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin məzunları Fatimə Həmidzadə, Fatimə Rəhimova, Fatimə Dadaşova, Xədicə Vəliyeva çıxış edərək bildirmişlər ki, Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.

Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşdırılmış “Yeni Azərbaycana - yeni məktəblər” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən üç mindən çox məktəb binası tikilib istifadəyə verilib. Məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir.