“Narkomaniya və narkobiznes ilə mübarizə hər bir dövlətin, hər bir xalqın fiziki və şüuri sağlamlığı uğrunda mübarizədir” mövzusunda videokonfrans keçirilib

“Narkomaniya və narkobiznes ilə mübarizə hər bir dövlətin, hər bir xalqın fiziki və şüuri sağlamlığı uğrunda mübarizədir” mövzusunda videokonfrans keçirilib

05 avqust 2021 – ci il tarixində Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman idarəsinin, Astara rayon Pedaqoji Kollecinin, Astara rayon Tarix-diyarşunaslıq muzeyinin, Ziya Bunyadov adına Astara şəhər 2 saylı tam orta məktəbinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə “Narkomaniya və narkobiznes ilə mübarizə hər bir dövlətin, hər bir xalqın fiziki və şüuri sağlamlığı uğrunda mübarizədir” mövzusunda videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Ziya İsmayılov Müvəkkilin adından iştirakçıları salamlayaraq, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün bütün dünyanı narahat edən əsas problemlərdən biri olduğunu diqqətə çatdırıb. O, məruzəsində bildirib ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Bu gün Azərbaycan Ombudsmanının da fəaliyyətində narkomaniyaya qarşı mübarizə və bu sahədə maarifləndirmə işinə geniş yer verilir. Ziya İsmayılov Ombudsman tərəfindən narkomaniya ilə mübarizə sahəsində müsbət dəyişikliyə töhfə verəcək mühüm təkliflərin irəli sürüldüyünü iştirakçıların diqqətinə çatdırıb.

Videokonfransda Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Aysel Şeyxova, Astara rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Astara rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Asim Yusifov və Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, narkomaniya və narkobiznesin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.

Sonda konfrans iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qalareyası birgə təşkil etdiyi virtual sərgiyə baxmışlar.