Astara rayon Heydər Əliyev Mərkəzində 14 iyul Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəliçinnin 52 illiyi ilə əlaqədar “Zəmanəmizizn dahi şəxsiyyəti” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir

Astara rayon Heydər Əliyev Mərkəzində 14 iyul Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəliçinnin 52 illiyi ilə əlaqədar “Zəmanəmizizn dahi şəxsiyyəti” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir

14 iyul 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Pedaqoji Kollecinin, Astara rayon Dövlət Rəsm Qalereyasının, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin, M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində 14 iyul Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəliçinnin 52 illiyi ilə əlaqədar “Zəmanəmizizn dahi şəxsiyyəti” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir.

Konfransda qeyd olunan idarə və müəssisələrin əməkdaşları, tələbə-gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova açmış, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Kubra Səmədova qeyd etmişdir ki, 14 iyul 1969-cu il tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Bağırova, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və şagirdlər Natiq Cəfərov, Tarifə Hüseynova, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin Gülzar İsmayılova, Astara rayon Dövlət Rəsm Qalereyasının ekskursiya rəhbəri Ülviyyə Mirzəyeva cixiş edərək bildirmişdilər ki, Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Ulu Öndər Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Sonda Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə onlayn sərgi nümayiş olunmuşdur.