Astara rayon Heydər Əliyev Mərkəzində 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar “Orduya qayğı və hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir” mövzunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir

Astara rayon Heydər Əliyev Mərkəzində 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar “Orduya qayğı və hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir” mövzunda ZOOM proqramı vasitəsi ilə  onlayn videokonfrans keçirilmişdir

25 iyun 2021-ci il tarixində, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara rayon Heydər Əliyev Mərkəzinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara rayon Pedaqoji Kollecinin, A.Hüseynov adına Astara rayon Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə onlayn videokonfrans keçirimişdir.

Tədbirdə qeyd olunan idarə və müəssisələrin əməkdaşları, tələbə-gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova açmış Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Kubra Səmədova qeyd etmişdir ki, əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Videokonfransda mövzu ətrafında Astara rayonun Suparibağ kəndindən olan Şəhid Heydərov Seymur Mahmud oğlunun bacısı Sübiyyə Məmmədova, Qazi Ağazadə Ağanur, Lerik rayonundan olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenanatı Şəhid Əliqismət Yaqublunun atası Mükafat Yaqubov,Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Mirkamal Məsimli, Astara rayon Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik rayonundan olan şəhid atası Mükafat Yaqubov, Astara rayon Suparibağ kənd tam orta məktəbin təşkilatçısı rahim Həsənov, fiziki tərbiyyə rəhbəri Eynulla Qulamov, VIII sinif şagirdləri Abdullazadə Mehriban, Həsənova Türkanə, İsmayılov Əli, Rəcəbova Nuray, Seyfullayeva Seyfulla çıxış edərək bildirmişdir ki, tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Yekun nitqi söyləyən Kubra Səmədova 44 günlük müharibə Zəfərlə başa çatdı. Tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atıldı. Bu müharibə bir daha Azərbaycanın əyilməz ruhunu göstərdi.

Müzəffər ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən ordumuz və adını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandan İlham Əliyevdir.

Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü.