Astara rayon Heydər Əliyev Mərkəzində 26 İyun Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar “Narkomaniya, Narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir” mövzunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir

Astara rayon Heydər Əliyev Mərkəzində 26 İyun Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar “Narkomaniya, Narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir” mövzunda ZOOM proqramı vasitəsi ilə  onlayn videokonfrans keçirilmişdir

23 iyun 2021-ci il tarixində Astara rayon İcra Hakimiyyətinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Mərkəzi Xəstəxanasının, Lerik rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Polis şöbəsinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara rayon Pedaqoji Kollecinin, Astara rayon Tarixi-diyarşünaslıq muzeyinin, Astara rayon Dövlət Rəsm Qalereyasının və Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə onlayn videokonfrans keçirimişdir.

Tədbirdə qeyd olunan idarə və müəssisələrin əməkdaşları, tələbə-gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, həmin problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.

Videokonfransda mövzu ətrafında Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov, Astara rayon Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara rayon Dövlət Rəsm Qalereyasının ekskursiya rəhbəri Ülviyyə Mirzəyeva, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi.

Sonra konfrans iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş 26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günüdür mövzusunda virtual sərgiyə baxmışlar.