Astara rayon Heydər Əliyev Mərkəzində “Zəfərə gedən yol Aprel döyüşlərindən keçdi” mövzusunda ZOOM proqramı vasitəsi onlayn tədbir keçirlmişdir

Astara rayon Heydər Əliyev Mərkəzində “Zəfərə gedən yol Aprel döyüşlərindən keçdi”  mövzusunda ZOOM proqramı vasitəsi onlayn tədbir keçirlmişdir

05 aprel 2021-ci il tarixində Astara rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işinin təşkili şöbəsinin, Astara rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının, Astara rayon Pedaqoji Kollecinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin, Astara rayon Dövlət Rəsm Qaleriyasının, Astara rayon Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 saylı tam orta məktəbinin şəhid ailərinin və könüllülərin birgə təşkilatçılıqı ilə Zəfərə gedən yol Aprel döyüşlərindən keçdi” mövzusunda Astara rayon Heydər Əliyev Mərkəzində ZOOM proqramı vasitəsi ilə onlayn tədbir keçirlmişdir.

Onlayn tədbiri Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Mərkəzin direktoru çıxışında qeyd etmişdir ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibə-də qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafın-dakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamə-tində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Onlayn tədbirdə tarixində Astara rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işinin təşkili şöbəsinin müdiri Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı Turan Həsənzadə, İkinci Qarabağ müharibəsində şəhid olan Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva, İkinci Qarabağ müharibə-sinin şəhid olan Rəhimov Nurlanın anası Səidə Rəhimova və bacısı Nuranə Rəhimova, Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova və əməkdaşı Aygün Rufulayeva, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Bağırova, Astara rayon Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və aparıcı məsləhətçisi Rufan Şirinov, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara rayon Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 saylı tam orta məktəbinin direktoru Faiq Həsənov iştirak və cıxış etmişdir.

Onlayn tədbirdə mövzu ətrafında çıxış edənlər bildirmişdirlər ki, Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yaranıb, işğalçı ordunun rəhbərləri işdən qovulub, daha sonra isə müharibə caniləri – Sarqsyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirib.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək mübarizə aparmasıdır. Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı. “Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır. Bu, ədalətin bərpası, ordumuzun düşmənə verdiyi ən sarsıdıcı həyat dərsi, düşməndən alınmış ən ağır intiqam idi. Həmçinin Poladların, Xudayarların, Cəbrayılların intiqamı idi. Çox şükür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müqəddəs zirvənin fatehləri olan şəhidlərimizin ruhu indi şaddır.

Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir. Təkcə Mübariz İbrahimovu, Pənçəli Teymurovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim güvənc yerimiz, qürur mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!”