Astara rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans

Astara rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq” mövzusunda  ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans

31mart 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Pedaqoji Kollecinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin, Astara rayon Dövlət Rəsm Qaleriyasının, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, M.Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin, Səməd Vurğun adına Astara rayon Təngərüd kənd tam orta məktəbinin və könüllülərin birgə təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn videokonfrans keçirilmişdir.

Onlayn videokonfransı Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilimiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Mərkəzin direktoru çıxışında qeyd etmişdir ki, 31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımı faciəsindən 103 il ötür.

31 Mart 1918-ci il Azərbaycanlıların Soyqırımı günü kimi 1998-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunur.
Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri ilə açılmış, həmin faciəli hadisələr özünün əsl qiymətini almağa başlamışdır.

Ulu Öndər Heydər Əliyevin imzaladığı “1948 – 1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya haqqında” 18 dekabr 1997-ci il tarixli Sərəncamında və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında ermənilərin xalqımıza qarşı aramsız tətbiq etdikləri deportasiyaların və soyqırımlarının tədqiq edilib dünya ictimaiyyətinə çatdırılması mühüm vəsifə kimi qarşıya qoyulmuşdur.

Onlayn videokonfransda mövzu ətrafında çıxış edənlər bildirmişdirlər ki, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin baş məsləhətçisi Xalid Şəmili və məsləhətçisi Mirkamran Mənsimli, Astara rayon Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova, Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Rufulayeva, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Bağırova, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rəis müavini İqrar Cəfərov, aparıcı məsləhətçisi Rufan Şirinov, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Astara rayon Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, M.Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva, Səməd Vurğun adına Astara rayon Təngərüd kənd tam orta məktəbinin direktoru Xəqani Mahmudov, şagirdlər Xəyalə Həmzəyeva və Dinarə Fətəliyeva könüllü gənclər iştirak və cıxış etmişdir.

Onlayn videokonfransı mövzu ətrafında çıxış edənlər bildirmişdirlər ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdılaraq Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Konfrans iştirakçılarına Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyəti bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyi haqqında daha ətraflı və dolğun məlumatlar çatdırılmışdır.