Astara rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusunda onlayn tarix dərsi

Astara rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusunda onlayn tarix dərsi

12 yanvar 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin və M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusunda onlayn tarix dərsi keçirilmişdir.

Tarix dərsində M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əlieva, tarix müəlliməsi Əsmər Əliyeva və IX sinif şagirdləri iştirak etmişlər.

Tarix dərsini Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova elan etmiş, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilmişdir.

Tarix dərsindəAstara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova “Qanlı Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, 20 Yanvar faciəsindən 31 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eynu zamanda bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndıliyinə gəldi. Ulu Öndər
Heydər Əliyev təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət­lən­dirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönü-münün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadi-sələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilən-lərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir.

8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad olunan gün Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab lham Əliyev Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi. Həmin gün Şəhidlər xiyabanından xalqa etdiyi müraciətində qəlbləri riqqətə gətirən bu sözləri dedi: “...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Qüdrətli sərkərdə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıqlar yaratdı.

Bizi Qarabağımıza qovuşduran günəşli payız günlərinin hər birində, hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, düşmənin başına gecə-gündüz od ələyən Azərbaycan Əsgəri, yumruq kimi birləşərək bir ürək kimi vuran Azərbaycan Xalqı yazırdı.

Bu 44 günlük mühribə Qarabağın 30 illik qara taleyini dəyişdi, bir milyon insanın məcburi köçkün adını silib atdı. Bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıq yaratdı.
Tarix dərsində 20 yanvar faciəsi ilə bağlı M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam məktəbinin direktoru Xədicə Əlieva, tarix müəlliməsi Əsmər Əliyeva, IX sinif şagirdləri Nuray Abdullazadə, Nigar Mirzəyeva, Sumra Abdullazadə və Zəhra Oruczadə çıxış etmişdir.

Sonda Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədovanın “Qanlı 20 Yanvar faciəsi” mövzusunda videotəqdimatı nümayiş etdirilmişdir.