Astara rayon Heydər Əliyev Mərkəzində “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans

Astara rayon Heydər Əliyev Mərkəzində  “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” mövzusunda  Zoom proqramı vasitəsilə onlayn videokonfrans

24 dekabr 2020 – ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Astara rayon nümayəndəsinin, Astara rayon Mədəniyyət Mərkəzinin, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə 24 dekabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının doğum günü münasibətilə “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilmişdir.

Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açaraq qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyеv deyirdi. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ata vəsiyyətini yerinə yetirən Qüdrətli Sərkərdə - 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad olunan gün Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab lham Əliyev Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi. Həmin gün Şəhidlər xiyabanından xalqa etdiyi müraciətində qəlbləri riqqətə gətirən bu sözləri dedi: “...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Qüdrətli sərkərdə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıqlar yaratdı.

Bizi Qarabağımıza qovuşduran günəşli payız günlərinin hər birində, hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, düşmənin başına gecə-gündüz od ələyən Azərbaycan Əsgəri, yumruq kimi birləşərək bir ürək kimi vuran Azərbaycan Xalqı yazırdı.

Bu 44 gün Qarabağın 30 illik qara taleyini dəyişdi, bir milyon insanın məcburi köçkün adını silib atdı. Bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıq yaratdı.

Videokonfransda mövzu ətrafında Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov, Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və XI sinif şagirdləri Həmidzadə Fatimə və Muradova Fatimə çıxış etmişlər.