Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhəçisi Astara rayon üzrə nümayəndəsi , Astara rayon Oktay Kazımi adına Uşaq Musiqi Məktəbi, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsinin birgə təşkilatçılığı ilə 18 sentyabr Milli Musiqi günü münasibəti ilə “ Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans

Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı,  Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhəçisi Astara rayon üzrə nümayəndəsi , Astara rayon Oktay Kazımi adına Uşaq Musiqi Məktəbi, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsinin birgə təşkilatçılığı ilə  18 sentyabr Milli Musiqi günü münasibəti ilə “ Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans

Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhəçisi Astara rayon üzrə nümayəndəsi, Astara rayon Oktay Kazımi adına Uşaq Musiqi Məktəbi, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsinin birgə təşkilatçılığı ilə 18 sentyabr Milli Musiqi günü münasibəti ilə “ Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans

17 sentyabr 2020-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Lənkəran Regional Mədəniyyə İdarəsinin baş məsləhəçisi Astara rayon üzrə nümayəndəsi Şadoğlan Bayramov, Astara rayon Oktay Kazımi adına Uşaq Musiqi Məktəbi, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsinin birgə təşkilatçılığı ilə 18 sentyabr Milli Musiqi günü münasibəti ilə “ Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilmişdir.

Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmışdır.

Videokonfransda Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhəçisi Astara rayon üzrə nümayəndəsi, Oktay Kazımi adına Astara Uşaq Musiqi Məktəbinin direktoru Çingiz Eyvazov, ictimai əsaslarla dərs hissə müdiri Aybəniz Dadaşova, müəllim Şamil Bayramov, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Bağırova, Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli və Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişdir.

Sonda Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına XV Beynəlxalq müsabiqənin laureatı Aysu Mustafazadə fortepianoda F.Şopenin “ Fantaziya- Ekspront ” əsərini ifa etmişdir. Eyni zamanda Aysu Mustafazadənin iştirakçı olduğu tədbirlərdən aldığı mükafatlardan ibarət sərgi nümayiş etdirilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik tarixə malikdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdən Azərbaycan musiqisinin nəzəri məsələləri araşdırılmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazılmışdır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.

Xalqımızın yaradıcılıq istedadını, özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz min illərin sınağından keçərək bu günə gəlmişdir. Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir, könülləri fəth edir. Həmçinin ölkəmizdə yüksək pəşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinə dünya şöhrəti qazandırmışdır. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

Qədim tarixə malik olan Azərbaycan musiqi sənəti ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov bu dövrdə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər.

Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın bütün sahələrdə olduğu kimi,musiqi mədəniyyətinin inkişafında da rolu böyükdür.

Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.