"Komputer texnologiyaları və kargüzarlıq işi"

Astara rayon Heydər Əliyev Mərkəzində "Komputer texnologiyaları və kargüzarlıq işi" kursu 2018-ci ildən fəaliyyət göstərir. Kursun rəhbəri Mərkəzin kargüzarı Rufullayeva Aygün Hacıağa qızıdır. "Komputer texnologiyaları və kargüzarlıq işi" kursunun açılmasının məqsədi komputer texnologiyaları biliklərinə daha dərindən yiyələnməkdir.

Həmin kursa rayonun şəhər və kəndlərindən şagirdlər gəlirlər. Kursun sonunda dinləyicilərə Astara rayon Heydər Əliyev Mərkəzinin "Sertifikat" ları təqdim olunur.