Dərnəklər

"Rəssamlıq" dərnəyi

Astara rayon Heydər Əliyev Mərkəzində "Rəssamlıq" dərnəyi fəaliyyət göstərir. "Rəssamlıq" dərnəyi 2011-ci ildən fəaliyyət göstərir. Hal-hazırda dərnəyin rəhbəri Mərkəzin bələdçisi Məmmədova Cəmalə Hafis qızıdır. "Rəssamlıq" dərnəyinə Astara rayonunun şəhər və kəndlərinin məktəbliləri gəlirlər. "Rəssamlıq" dərnəyinin fəaliyyətinin əsas məqsədi yeniyetmə və gənclərin rəssamlığın sirlərinə dərindən yiyələnməsidir. "Rəssamlıq" dərnəyinin sonunda dinləyicilərə Astara rayon Heydər Əliyev Mərkəzinin "Sertifikat" ları verilir.

Astara rayonunun ümumrayon və Mərkəzin tədbirlərində "Rəssamlıq" dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirilir.

"Toxuculuq" dərnəyi

Astara rayon Heydər Əliyev Mərkəzində "Toxuculuq" dərnəyi fəaliyyət göstərir. "Toxuculuq" dərnəyi 2011-ci il tarixindən fəaliyyət göstərir. Dərnəyin rəhbəri Zülfüqarova Şahxanım Sirac qızıdır. "Toxuculuq" dərnəyinə Astara rayonunun şəhər və kəndlərinin məktəbliləri gəlirlər. "Toxuculuq" dərnəyinin fəaliyyətinin əsas məqsədi toxuculuğun sirlərinə daha dərindən yiyələnməkdir. "Toxuculuq" dərnəyinin sonunda dinləyicilərə Astara rayon Heydər Əliyev Mərkəzinin "Sertifikat" ları verilir.

Astara rayonunun ümumrayon və Mərkəzin tədbirlərində "Toxuculuq" dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirilir.