Ermənistan təcavüzünün nəticələri

Torpaq uğrunda ölən varsa, vətəndir.

Astara rayonunda 18 yanvar 2008-ci il də Astara şəhəri, Heydər Əliyev prospektində «Şəhidlər» abidə-kompleksinin açılışı olmuşdur. Rayonda inşa edilən abidə-kompleksdə Sovet İttifaqı Qəhrəmanları Mirzə Cəbiyev və İlya Kaverinin, polis əməkdaşı Qulamhüseyn Əliyevin və Saveli Xasiyevin məzarları ilə yanaşı, mərmər üzərində Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş 84 nəfər astaralının portreti həkk olunmuşdur. Astara rayonunda 2 nəfərə Azərbaycanın Milli Qəhrəmanı Fəxri adı verilmişdir.

Astara rayonunun Milli Qəhrəmanlarının və Şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün onların adları oxuduqları məktəblərə verilmişdir.

1. Nəsirov Yalçın Canhəsən oğlu 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində doğulub. İki ay Lökbatanda hərbi təlim keçdi. Çevikliyi, yüksək bacarıq və qabiliyyəti onu xüsusi təyinatlı daxili qoşun bölməsinə gətirib çıxartdı. Xidmətini Tərtərdə, Şamaxıda davam etdirdi. Sonra yenidən Lökbatana qayıtdı. Heç nə darıxdırıcı deyildi Yalçın üçün. Yalçının bu xoşbəxt günləri 1995-ci ilin mart ayına qədər davam elədi. Sonra..... Sonra isə faciəli mart hadisələri başlandı. Cavadovun silahlı dəstəsinin yerləşdiyi binanın (martın 17-dən 18-nə keşən gecə) mühasirə halqasını daraltmaq əmri verildi. Güclü atışmada Yalçın qarın nahiyəsindən yaralandı.İlk cərrahiyyə əməliyyatı Sabunçu xəstəxanasında aparıldı. Çoxlu qan itirmişdi. Həkimlərin məsləhəti ilə Respublika klinik xəstəxanasına aparıldı. İkinci dəfə cərrahiyyə əməliyyatı aparmaq lazım gəldi. Güllə Yalçının daxili orqanlarını zədələmişdi. İslam dinində belə bir hekayət də var. İki müsəlman bir birini qətlə yetirəndə, dəfn günü hansının məzarı üstündə göyərçin qanad çalıb oturursa, demək o günahsızdır. Yəqin o göyərçin də Yalçının günahsızlığına şahidlik vermişdir. Ölümündən sonra Prezidentin Fərmanı ilə Yalçın Nəsirova Azərbaycanın Milli Qəhramanı adı verildi. Astaranın ilk Milli Qəhramanı olan qardaşım Yalçın, rahat uyu! Qəbrin nurla dolsun! Şəhidin oxuduğu Astara rayonunun Sərək kənd tam orta məktəbinə, onun adı verilmişdir.

2. Rüstəmov Teymur Yədulla oğlu 1973-cü il dekabrın 24-də Astara rayonunun ən səfalı guşələrindən biri olan Miki kəndində dünyaya göz açıb. Teymurun son döyüşü 27 iyun 1992-ci ildə Əsgəran təpəliyi uğrunda oldu. Səhər saat 5 radələrində hücum əmri alan cəsur döyüşcülər tanklarla irəli hərəkət etməyə başladılar. Düşmən xeyli itki verdi. Döyüşün qızğın vaxtı düşmənin atdığı raket Teymurgilin tankının tırtılları altında partladı. Üç nəfər qəlpə yarasından yerindəcə həlak oldu. Onlardan biri də həmyerlimiz Teymur idi. Şəhidin oxuduğu Astara rayonunun Miki kənd tam orta məktəbinə, onun adı verilmişdir.

3. Kələntərov Sahib Hüccət oğlu qarlı bir qış gecesi –fevralın 15-i 1973-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açıb. İlk dəfə Ağdama, sonra isə Tərtərdə düşmənlə üzləşir. Əsas döyüşdüyü yer isə Ağdərə bölgəsi olur. 30 iyul 1992-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırıldı. Şəhidin oxuduğu Astara rayonunun Ərçivan qəsəbə 2 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

4. Qəhrəmanov Faiq Ali oğlu 24 noyabr 1973-cü ildə Astara rayonunun Maşxan kəndində dünyaya göz acib. İlk döyüşü Ağdamda olur. Daha sonra Ağdərəyə göndərilir. 30 iyul 1992-ci ildə dünyasını dəyişib.

5. Şəkərov Xanlar Mirəli oğlu 26 iyun 1968-ci il Astara rayonunun Koroba kəndində dünyaya göz açıb. 1992-ci ilin martında ilk döyüşü Goranboyda oldu. Xanları çox keçmədi ki, 45 nəfər döyüşçü yoldaşıyla birgə Türkiyəyə hərbi təlim keçmək üçün göndərdilər. Ordan leytenant rütbəsiylə zabit kimi qayıtdı. Goranboy, Tərtər, Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak etdi. 21 avqust 1992-ci ildə dünyasını dəyişib. Şəhidin oxuduğu Astara rayonunun Tüləküvan kənd tam orta məktəbinə, onun adı verilmişdir.

6. Əliyev İsmayıl Rüstəm oğlu 20 yanvar 1973-cü ildə Astara rayonunun Pensər kəndində anadan olub. İsmayıl may ayında Vətənin od tutub yanan Qarabağ bölgəsinə cəbhəyə yollandı. 19 sentyabr 1992-ci ildə dünyasını dəyişib.

7. Yəhyayev Oqtay Qəmbər oğlu 4 may 1971-ci ildə Astara rayonunun Şiyəkəran kəndində dünyaya göz açib. 12 sentyabr 1992-ci ildə Oqtay evdəkilərlə vidalaşıb Vətənin müdafiəsinə yollandı. Oqtay birbaşa cəbhə bölgəsinə göndərilməsini xahiş etdi. Cəbhə həyatı isə cəmi on beş gün çəkdi. Ağdamın Seyidlər kəndinin müdafiəsində öz məharətini göstərə bildi. 5 oktyabr 1992-ci ildə gözlərini əbədi olaraq yumdu.Şəhidin oxuduğu Astara rayonunun Şiyəkəran kənd 2 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

8. Qasımov Fuad Bayraməli oğlu 6 may 1972-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açıb. 28 iyun 1992-ci ildə könüllü olaraq Azərbaycanın Milli Ordusuna yazıldı. Ağdərədə döyüşürdü. 11 noyabr 1992-ci ildə gözlərini əbədi olaraq yumdu. Şəhidin oxuduğu Astara rayonunun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

9. Rüstəmov Bəxtiyar Osmanağa oğlu 16 may 1974-cü ildə Astara rayonunun Asxanakəran kəndində anadan olub. İki ay Gəncə şəhərində hazırlıq təlimi keçib. Daha sonra piyada qoşunları sırasında atıcı kimi Ağdərə bölgəsinə yollanıb. Sırxavənd, Çıldıran, Qazançı kəndlər uğrunda qəhrəmancasına döyüşüb. 5 fevral 1993-cü ildə dünyasını dəyişib. Şəhidin oxuduğu Astara rayonunun Asxanakəran kənd tam orta məktəbinə, onun adı verilmişdir.

10. İbrahimov Azad Səhhətulla oğlu 18 sentyabr 1974-cü ildə Astara rayonunun Şüvi kəndində anadan olub. 1992-ci il sentyabrın 25-də ordu siralarına yollanıb. Iki ay Hacıqabulda hərbi təlim keçib. Daha sonra isə döyüş bölgəsinə göndərilib. Azadın əsas döyüşdüyü yer Ağdərə bölgəsi olub. Son döyüşü 9 sentyabr 1993-cü ildə Sirxavənddə oldu. Şəhidin oxuduğu Astara rayonunun Şüvi kənd tam orta məktəbinə, onun adı verilmişdir.

11. Əsədov Ayaz Əbdül oğlu 20 avqust 1973-cü ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. İlk döyüşü Sərsəng su anbarı ətrafında Umudluda olub. Son döyüşü isə Ağdərə bölgəsində oldu. 8 fevral 1993-cü ildə dünyasını dəyişib.

12. Əliyev Əzizağa Əzim oğlu 23 avqust 1973-cü ildə Astara rayonunun Qapçıməhəllə kəndində dünyaya göz açıb. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Astarada, daha sonra Salyanın Çoxanlı kəndində hərbi təlim keçib. Ilk dəfə Ağdamın Çəmənli kəndində döyüş əməliyyatında iştirak edib. 2 may 1993-cü ildə dünyasını dəyişib.Şəhidin oxuduğu Astara rayonunun Qapıçıməhəllə kənd tam orta məktəbinə, onun adı verilmişdir.

13. Babayev Rəhman Orucəli oğlu 17 yanvar 1974-cü ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. Rəhman ilk dəfə Ağdərənin Talış kəndi uğrunda döyüşürdü. Son döyüşü 13 iyun 1992-ci ildə olub.Şəhidin oxuduğu Astara rayonunun Hamoşam kənd tam orta məktəbinə, onun adı verilmişdir.

14. Qasımov Bakir Rəzzağ oğlu 19 sentyabr 1972-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. Bakir 1992-ci il avqustun 3-də ordu sıralarına yollanır. İki ay Salyanda hərbi təlim keçəndən sonra döyüş bölgəsinə göndərilir. Əsas döyüş yolları Ağdam bölgəsindən keçir. 30 iyun 1993-cü ildə dünyasını dəyişib.

15. Babayev Aqil Sultanəli oğlu 16 iyul 1975-ci ildə Astara rayonunun Hamoşamda anadan olub. 1993-cü il oktyabrın 19-da ordu sirasına çağrılıb. Əvvəlcə Qusarda hərbi təlim keçib. Daha sonra Füzuli bölgəsində müxtəlif döyüşlərdə iştirak edib. Son iki ayı isə Cəbrayıl rayonu ərazisində döyüşərək 12 fevral 1994-cü ildə Cocuq-Mərcanlı kəndində şəhid olub.

16. Babayev Ceyhun Xankişi oğlu 28 aprel 1975-ci ildə Astara şəhərində anadan olub. 18 yaşı tamam olanda bir ay sonra 28 aprel 1993-cü ildə Nərimanov rayon hərbi komissarlıqdan ordu siralarına yollanır. Üç ay Üçtəpədə hərbi təlim keçdikdən sonra Ağcəbədi rayonun Ovşər kəndinə yollanır. 20 avqust 1993-cü ildə vəfat edib. Şəhidin oxuduğu Astara şəhər 3 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

17. Məmmədov Rüfət İsaq oğlu 13 fevral 1974-cü ildə Astara rayonunun qədim Məçitməhəllə kəndində dünyaya göz açıb. 1991-ci ilin iyununda Rüfətin adına çağırış vərəqi gəldi. Əvvəlcə Pirişküldə hərbi xidmət keçdi. Daha sonra isə 929 saylı hissənin tərkibində Qubadlıya göndərildi. Son döyüşü 23 avqust 1993-cü ildə oldu.

18. Mirzəyev Rauf Hidayət oğlu 6 iyun 1971-ci ildə Astara rayonunun Xəzərə sığınan Şahağacı kəndində anadan olub. 30 iyun 1993-cü ildə könüllülər sırasınada Milli Orduya daxil oldu. Raufu kəşfiyyatçılar bölümünə yazdılar. İlk döyüşü Ağdamda oldu. Ağdamda adı dillər əzbəri olan Rauf, çox keçmədi ki, Cəbrayılda da tanındı. 23 oktyabr 1993-cü ildə dünyasını dəyişib. Şəhidin oxuduğu Astara rayonunun Şahağac kənd 1 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

19. Həsənov Salman Yolçu oğlu 13 dekabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ilin iyununda ərizə yazaraq hərbi komissarlığa təqdim edib cəbhəyə yollandı. Salman əvvəlcə Ağdərə bölgəsində müxtəlif döyüşlərdə iştirak elədi. Bir sıra kəndlərin– Şıxlar, Daşdaşı, Qaracallı və digər kəndlərin müdafiəsində mərdliklə döyüşüb. 15 avqust 1992-ci ildə vəfat edib.

20. Ağayev Elman Nəsir oğlu 22 fevral 1971-ci ildə Astara rayonunun axarlı-baxarlı kəndlərindən biri olan Səncərədi kəndində anadan olub. 1993-cü ilin noyabrında Binəqədi rayon hərbi komissarlığına müraciət edərək könüllülər batalyonuna yazıldı. 10 dekabr 1993-cü ildə dünyasını dəyişib. Şəhidin oxuduğu Astara rayon Səncərəıdi kənd tam orta məktəbinə, onun adı verilmişdir.

21. Abiyev Məhərrəm Bürcəli oğlu 5 fevral 1973-cü ildə Astara rayonunun dilbər güşələrindən biri olan Vaqo kəndində anadan olub. 1991-ci ilin noyabrında ordu sıralarına çağrılıb. Altı aya qədər təlim məşqlərdə olub. Sonra isə döyüş bölgələrinə göndərilib. Ağdərədə, Beyləqanda, Ağdamda, Füzulidə, neçə-neçə yaşayış məntəqəsinin müdafiəsində və düşməndən təmizlənməsindən İgidliklə döyüşüb. 11 dekabr 1993-cü ildə Məhərrəm gözlərini əbədi olaraq yumdu. Şəhidin oxuduğu Astara rayonunun Vaqo kənd tam orta məktəbinə, onun adı verilmişdir.

22. Bəşirov İlqar Məstiəli oğlu 12 mart 1973-cü idə Astara rayonunun Maşxan kəndində anadan olub. İlqarın döyüş yolu Ağdamdan başlayır. O, Ağdamın Şelli, Şıxbabalı, Muğanlı kəndlərinin müdafiəsində qəhramanlıqla döyüşüb. Daha sonra Ağdərə bölgəsinə göndərilən İlqar, bir neçə döyüşlərdə iştirak edir. Döyüş zamanı həmişə ön sıralarda olmuşdur. 29 dekabr 1993-cü ildə vəfat edib.

23. Abdullayev Nizami Şamuyar oğlu 6 sentyabr 1970-ci ildə Şirvan şəhərində anadan olub. Hərbi xidmətdə ilk döyüşü Beyləqan ərazisində oldu. İyirmi beş kəndin müdafiəsi və azad edilməsində iştirak elədi. Daha sonra onların hissələrini Ağdam bölgəsinə köçürtdülər. 8 yanvar 1994-cü ildə dünyasını dəyişib.

24. Məmmədov Rafiq Sahibulla oğlu 23 sentyabr 1970-ci ildə Astara şəhərində anadan olub. İlk könüllülərin cəbhəyə yola düşdüyünü görüb o da ərizə yazaraq könüllülərə qoşulur. 1991-ci ilin sentyabrında cəbhəyə yola düşür. İlk cəbhə yolu Ağdərədən başlamış neçə-neçə yaşayış məntəqəsinin azad edilməsində və müdafiəsində igidliklə döyüşmüş bu Vətən əsgəri sonradan Ağdam cəbhəsində vuruşaraq 8 yanvar 1994-cü ildə Kəngərli kəndində qəhrəmanlıqla şəhid olmuşdur.

25. Əsgərov Rakif Əsgər oğlu 26 noyabr 1962-ci ildə Astara şəhərində anadan olub. 1993-cü ildə könüllü olaraq cəbhəyə yolllandı. Beyləqan, Füzuli, Ağdam rayonlarının neçə-neçə kəndlərinin azad olunmasında, müdafiəsində qəhramanlıqlar göstərib. Rakifin son döyüşü 8 yanvar1994-cü ildə Ağdamın Güllücə kəndində olub.

26. Camalov Rasim İsmayıl oğlu 27 noyabr 1959-cu ildə Astara şəhərində anadan olub. 1993-cü ilin yazında cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir. İlk döyüşü Füzuli rayonunuda olub. Çox keçmədən Ağdam bölgəsinə göndərirlər. 15 yanvar 1994-cü ildə dünyasını dəyişib.Şəhidin oxuduğu Astara şəhər 7 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

27. Həsənov Nail Babulla oğlu 20 fevral 1975-ci ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub. 27 aprel 1993-cü ildə hərbi xidmətə çağırılıb. Ilk əvvəl 741 saylı hərbi hissənin tərkibində Göytəpədə hərbi təlim keçib. İlk aydan sonra Ağcabədinin Avşar kəndində ilk döyüşlərdə istirak edib. 27 yanvar 1994-cü ildə sonuncu döyüşü Füzuli cəbhəsində oldu. Şəhidin oxuduğu Astara rayonunun Kijabə qəsəbə, tam orta məktəbinə, onun adı verilmişdir.

28. Quliyev Seyran Əliş oğlu 24 yanvar 1964-cü ildə Astara şəhərində anadan olub. 1993-cü ildə ərizə yazıb rayon hərbi komissarlığına verəndən sonra könüllü olaraq cəbhəyə yola düşdü. Seyran Füzuli Cəbhəsində vuruşurdu. 2 fevral 1994-cü ildə əbədi olaraq gözlərini yumdu.

29. Baxşiyev Elşən Əhməd oğlu 26 noyabr 1973-cü ildə Astara rayonunun Siyəkü kəndində anadan olmuşdur. 1992-ci ilin iyununda Elşən canla-başla vətənin müdafiəsinə yollandı. Əvvəlcə Ağdam cəbhəsində, sonra Beyləqanda, daha sonra isə Füzulidə altı aya qədər qanlı döyüşlərdə oldu. O, Şıxbaba, Şelliş Xıdırlı, Qiyaslı, Xayunbulaq, Mandılı, Süleymanlı və digər yaşayış məntəqələrinin müdafiəsində qəhramanlıqla döyüşdü. 27 yanvar 1994-cü ildə vəfat etdi. Şəhidin oxuduğu Astara rayonunun Rinə kənd tam orta məktəbinə, onun adı verilmişdir.

30. Cəfərov Mahir Həsənağa oğlu 26 may 1974-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 23 iyun 1992-ci ildə Mahir əsgərliyə yola salındı. Tam döyüş hazırlığına malik olandan sonra Ağdam cəbhəsinə göndərdilər. Ağdam-Füzuli bölgələrində Mahir qəhramanlıqla döyüşdü. 27 yanvar 1993-cü ildə Şişqaya uğrunda döyüşlərdə qəhramanlıqla həlak oldu.

31. Fərziyev Cəmil Əhməd oğlu 1 avqust 1975-ci ildə Astara rayonunun Lovayın kəndində anadan olub. 12 avqust 1992-ci ildə hərbi xidmətə yollandı. Astarada olan hərbi hissədə təlim keçdi. Daha sonra isə Beyləqan bölgəsinə göndərildi. 6 fevral 1994-cü ildə Aşağı Veysəlli kəndi uğrunda döyüşlərdə qəhramanlıqla həlak oldu.

32. Məmmədov Elşən Hacıağa oğlu 3 sentyabr 1975-ci ildə Astara rayonunun Siyatük kəndində anadan olmuşdu. Elşən beş ay əsgərlik edib. Onun bir ayını hərbi təlimlərdə olub. Sonra Füzuli bölgəsinə göndərilib. Füzulinin Alxanlı, Aybasanlı, Seyidmahmudlu və digər kəndləri uğrunda neçə-neçə qanlı döyüşlərdən uğurla çıxıbmış. Amma, 10 fevral 1994-cü il tarixdə Seyidəhmədli kəndi uğrundakı döyüş son döyüşü oldu.

33. Əbiyev Nail Əyyar oğlu 15 may 1974-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1993-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətindən sonra könüllü olaraq ərizə verib döyüş bölgəsinə göndərilməsini xahiş edir. 190 saylı hərbi hissənin tərkibində Ağdamın Güllücə kəndinə göndərilir. O, mərdliklə döyüşərək Güllücə, İlxıçılar, Boyəhmədli və başqa kəndlərin müdafiəsində İgidliklər göstərir. 22 fevral 1994-cü ildə Güllücə kənd uğrunda döyüşlərdə qəhramanlıqla həlak oldu.

34. Qasımov Şıxəli Malik oğlu 7 avqust 1973-cü ildə Astara rayonunun Giləkəran kəndində anadan oldu. 1992-ci il, mayın 9-da hərbi xidmətə yola düşür. Ilk döyüşü Ağcabədi rayonunda olur. Füzulinin ayrı-ayrı kəndlərində, Horadiz qəsəbəsi uğrundakı döyüşlərdə qəhramanlıq göstərdi. 12 mart 1994-cü ildə Şışqaya uğrunda döyüşlərdə qəhramanlıqla həlak oldu. Şəhidin oxuduğu Astara şəhər 4 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

35. Şabanov Qalib Möhübbət oğlu 27 aprel 1973-cü ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. 1993-cü ilin oktyabrında cəbhəyə yollandı. Əvvəlcə Gəncədə, hərbi təlim məşqləri keçdi. Sonra Ağdam bölgəsinə göndərildi. İlk döyüşü Güllücə kəndinin müdafiəsində oldu. 13 mart 1994-cü ildə Horadiz uğrunda döyüşlərdə qəhramanlıqla həlak oldu.

36. Əlyarov Fərman Nizaməli oğlu 8 iyun 1968-ci ildə Astara şəhərində anadan olub. Fərman Goranboy, Ağdam, Ağdərə rayonlarının neçə-neçə kəndlərin azad olunmasında qəhramanlıqla döyüşür. Əsas döyüşdüyü zona Füzuli bölgəsi olur. 7 aprel 1994-cü ildə Fərman düşmən gülləsinə tuş gəlir. Şəhidin oxuduğu Astara şəhər 6 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

37. Əhmədov Mahir Xalıq oğlu 20 mart 1962-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. 1993-cü ilin avqustunda rayon hərbi komissarlığından könüllülərə qoşularaq cəbhəyə yola düşdü. O 706 saylı hərbi hissənin tərkibində əvvəlcə Tərtərdə çoxlu döyüşlərdə iştirak elədi. Son döyüşü 21 aprel 1994-cü ildə Horadiz qəsəbəsində oldu.

38. Heydərov Seymur Mahmud oğlu 15 fevral 1969-cu ildə Astara rayonunun Suparibağ kəndində anadan olub. 16 noyabr 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Döyüşdüyü əsəs zona Ağdam zonası olub. Ağdamın Çəmənli, Şirvanlı, Kəngərli, Mərzili, Novruzlu, Bağbanlar və s. kəndləri uğrunda döyüşlərdə misli görünməmiş qəhramanlıqlar göstərib. Son döyüşü 28 mart 1994-cü ildə oldu.

39. Səmədov Rəhmət Qürbət oğlu 23 fevral 1974-cü ildə Astara rayonunun Kakalos kəndində anadan olub. 1992-ci ildə ordu sıralarına yollandı. Rəhmətin ilk döyüş yolu Ağdərədən başlandı. Ağdərənin Ortaq, Papravənd, Boyəhmədli və başqa kəndlərin düşmənlərdən təmizlənməsində igidliklə döyüşdü. Son döyüşü 3 may 1994-cü ildə Ağdam bölgəsində döyüşlərdə qəhramanlıqla həlak oldu.

40. Əliyev Elvaz Sədulla oğlu 9 mart 1963-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1994-cü il aprelin 26-da könüllülər sırasında Vətəni qorumağa yollandı. Ağdam-Tərtər bölgəsində cəmi yeddi gün vuruşdu. Və yeddi gün sonra 3 may 1994-cü ildə şəhid oldu.

41. Nəsirov Səyavuş Ətulla oğlu 10 iyun 1972-ci ildə Astara rayonunun Seləkəran kəndində anadan olub. 1992-ci ilin 21 iyulunda ordu xidmətinə çağırılıb.Onun ilk döyüşü Ağdərədən başlayıb. Səyavuşun son döyüşü 6 may 1994-cü ildə Cəmilli kəndində oldu. Şəhidin oxuduğu Astara rayonunun Seləkəran kənd tam orta məktəbinə ,onun adı verilmişdir.

42. İsmayılov Pərviz Yəhya oğlu 18 noyabr 1973-cü ildə Astara rayonunun Suparibağ kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanır. O, müxtəlif cəbhələrdə vuruşub. Əvvəlcə 644 saylı hərbi hissənin tərkibində Tərtər-Ağdərə bölgələrində bir sıra döyüşlərdə iştirak edib. Daha sonra 476 saylı hərbi hissənin tərkibində Ağdam bölgəsində çoxlu qanlı döyüşlər aparıb. Sırxavənd, Qazançı, Şıxbabalı, Çuxurməhəllə və digər kəndlərin müdafiəsində igidliklər göstərib. Sonuncu döyüş günü 26 aprel 1994-cü ildə oldu.

43. Ağayev Yaqub Əsgər oğlu 26 avqust 1965-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. 1994-cü ildə könüllü olaraq cəbhəyə yola düşdü. Əsas döyüşdüyü ərazi Füzuli bölgəsi oldu. 26 aprel 1994-cü ildə Böyük Əhmədli kəndi uğrunda döyüşlərdə qəhramancasına həlak oldu. Şəhidin oxuduğu Astara rayonunun Artupa kənd tam orta məktəbinə, onun adı verilmişdir.

44. Qurbanov Sarvan Qurban oğlu 30 avqust 1975-ci ildə Astara rayonunun Asxanakəran kəndində anadan olub. 23 oktyabr 1993-cü ildə könüllü olaraq ordu sırasına getmişdi.Əvvəlcə Güzdəkdə hərbi təlim keçib. Daha sonra Füzuli-Cəbrayıl bölgəsində neçə-neçə qanlı döyüşlərin iştirakçısı olub. 26 yanvar 1994-cü ildə Əbdülrəhmanlı kəndi uğrunda döyüşlərdə qəhramancasına həlak oldu. Şəhidin oxuduğu Astara rayonunun Motalayataq kənd tam orta məktəbinə, onun adı verilmişdir.

45. Camalov Elruz Feyruz oğlu 24 mart 1975-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. 1993-cü ilin aprelində ordu sıralarına çağırılıb. İlk döyüşü Beyləqanda oldu. Ondan sonra Astara batalyonunun tərkibində Füzuli bölgəsinə göndərilib. Son döyüşü Şişqayada olub. 2 may 1994-cü ildə şəhid oldu.

46. Sovqatov Həzi Şirxan oğlu 15 iyun 1972-ci ildə Astara rayonunun dağlar qoynunda yerləşən ən ucqar dağ kəndlərindən biri olan kiçik Dürriyə kəndində dünyaya göz açıb. 1994-cü ilin aprelin 21-də cəbhəyə yollandı. Əsas döyüşdüyü ərazi Ağdam bölgəsi oldu. 9 may 1994-cü ildə şəhid oldu.Şəhidin oxuduğu Astara rayonunun Şümrüd kənd tam orta məktəbinə, onun adı verilmişdir.

47. Qüdrətov Rafiq Paşa oğlu 31 may 1975-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olub. 1993-cü ilin iyununda ordu sıralarına yollanıb. Üç aya qədər Astarada hərbi təlim keçdi. Sonra onları döyüş bölgələrinə apardılar. Əsas döyüşdüyü yer Ağdam bölgəsiydi. O, Ağdamın Mərzili, Bağbanlar, Muğanlı, İsmayılbəylı, Saybalı və başqa kəndlərinin müdafiəsində igidliklə döyüşüb. 18 aprel 1994-cü ildə Ağdamın Cuvarlı kəndi uğrunda döyüşlərdə qəhramancasına həlak oldu.

48. Axundov Rasim Ağamməd oğlu 5 dekabr 1970-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 5 noyabr 1993-cü ildə Səbayel rayon hərbi komisarlığına müraciət edərək könüllülər sırasında cəbhəyə yollanır. Beyləqan, Füzuli rayonlarının bir neçə kəndlərinin düşmən qüvvələrindən təmizlənməsindən igidliklə döyüşür. 19 iyun 1994-cü ildə Seyidəhmədli kəndi uğrunda döyüşlərdə qəhramancasına həlak oldu.

49. Səfərov Əfqan Yaşar oğlu 24 iyun 1966-ci ildə Astara şəhərində anadan olunb. 9 oktyabr 1993-cü ildə könüllülər sırasında Vətənin müdafiəsinə yollanır. Ağdam şəhəri uğrundakı döyüşlərdə mərdliklə vuruşur. 31 iyun 1994-cü ildə şəhid oldu..

50. Kərimov Natiq Məmməd oğlu 23 noyabr 1975-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 22 aprel 1994-cü ildə hərbi xidmətə çağırılıb Əvvəlcə Hacıqabulda, daha sonra Qusarda hərbi təlim keçərək Balakənd rayonunda yol patrulu kimi fəaliyyətə başlayıb. 22 avqust 1994-cü ildə şəhid olub. Şəhidin oxuduğu Astara rayonunun Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

51. Əsədov Davud Mirzəcan oğlu 11 noyabr 1966-cı ildə Astara rayonunun Şahağacı kəndində anadan olub. 1994-cü il aprelin 20-də cəbhəyə getdi. Əvvəlcə Füzuli bölgəsində, piyada qoşun hissələrində atıcı kimi müxtəlif kəndlərin müdafiəsində qəhramanlıqla döyüşdü. Sonra Tərtərə göndərildi. 24 avqust 1994-cü ildə gözlərini əbədi yumdu. Şəhidin oxuduğu Astara rayonunun Şahağac kənd 2 saylı tam orta məktəbinə, onun adı verilmişdir.

52. Əhmədov Mahmud Harun oğlu 7 dekabr 1976-cı ildə Astara rayonunun Siyaku kəndində anadan olub. 1 sentyabr 1996-cı ildə Tovuz rayonunun Əlibəyli kəndində xidmətu vəzifəsini yerinə yetirərkən düşmən tələsinə-minaya düşərək şəhid oldu.

53. Rəhmanov İlyas Əbdül oğlu 1 iyun 1965-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. 24 mart 1994-cü ildə orduya yola düşdü. İki ildə artıq ayrı-ayrı cəbhə bölgələrində-Füzuli, Tərtər, Ağdam rayonlarının bir sıra kəndlərinin müdafiəsində müxtəlif qanlı döyüşlərin iştirakçısı oldu. 20 aprel 1996-cı ildə Ağdamın Mirəşirli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid oldu.

54. Əsədullayev Azər Əliağa oğlu 23 fevral 1967-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Tərtər, Ağdam, Füzuli cəbhəsində bir çox qanlı döyüşlərin iştirakçısı olmuş, dəfələrlə yaralanmış, ölümlə üzləşmişdi. 19 may 1997-ci il Azərin ömrünün son günü oldu.

55. Məlikov Elbrus Kamil oğlu 9 may 1976-cı ildə Astara şəhərində anadan olub. 20 may 1994-cü ildə orduya çağırıldı. Ağdam, Tərtər bölgəsində, Goranboyda şərəfli bir döyüş yolu keçdi.4 avqust 1998-ci ildə şəhid oldu.

56. Həziyev Səfail Ələkbər oğlu 18 yanvar 1979-cu ildə Astara rayonunun Sərək kəndində dünyaya göz açıb. 13 yanvar 1997-ci ildə Azərbaycanın Milli Ordusunda xidmətə yollanıb. Səfailin bir il səkkiz aylıq hərbi xidməti Azərbaycanın qərb sərhədində-Qazax-Ağstafada olub. 4 avqust 1998-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən düşmən gülləsinə tuş gəlir.

57. Həsənov Eldəniz Ramiz oğlu 21 mart 1978-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olub. Aprel 1997-ci ildə orduya yola düşən Eldəniz sağlam bədən və fiziki hazırlığına görə daxili qoşunlarda xidmətə gotürülüb. 5 avqust 1998-ci ildə növbəti hərbi tapşırığı icra edərkən minaya düşərək şəhid olub.

58. Əliyev Rahim Kərimağa oğlu 10 oktyabr 1978-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. 1996-cı ilin oktyabr ayının 5-də onu orduya yola saldılar. 26 dekabr 1998-ci ildə xidməti borcunu yerinə yetirərkən şəhid oldu.

59. Hüseynov Fədayət Gülverdi oğlu 7 mart 1976-cı ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. 1998-ci ildə orduya gedib. Əvvəlcə 6 ay Xızıda xidmət edib. Hərbi təlim və məşqlərə böyük həvəs göstərərək pulemyotu mükəmməl öyrənib. Daha sonra Tərtərdə, ön xəttdə, düşmənlə üzbəüz mövqedə Vətənin keşiyini çəkib. 2 mart 1999-cu ildə şəhid oldu.

60. Rzayev Azər Nizaməli oğlu 4 iyul 1981-ci ildə Astara rayonunun Kijabə kəndində anadan olub. Azər 4 yanvar tarixində orduya yola salındı. 28 aprel 2001-ci ildə çırpınan ürəyinin əbədi olaraq dayanması ilə nəticələndi.

61. Kəkəyev Ramin Mürsəl oğlu 1 fevral 1984-cü ildə Astara rayonunun Siyəku kəndində dünyaya göz açıb. 4 aprel 2002-ci ildə hərbi xidmətə yollanıb. 28 avqust 2008-ci ildə Ağdam rayonunun Əhmədağalı kəndi istiqamətində atəşkəsi pozaraq hərbiçilərimizin sığındığı səngərə doğru irəliləməyə çalışan erməni silahlıların qarşısını alarkən düşmən gülləsinə tuş gəlib.

62. Şəmsiyev Vilayət Canoğlan oğlu 4 may 1985-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 4 iyul 2003-cü ildə Azərbaycanın Milli Ordusu sıralarına hərbi xidmətə çağrılıb. Tovuz rayonunun Əlibəyli kəndində hərbi xidmətə başlayıb. 10 ay Azərbaycan torpaqlarının keşiyində, səngərdə düşmənlə üzbəüz mövqedə xidmət edib. 15 may 2004-cü ildə düşmən gülləsinə tuş gələrək şəhid olur.

63. Əliyev Çinar Mühəddin oğlu 2 noyabr 1988-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. 7 yanvar 2007-ci ildə Milli Ordu sıralarına yollanmışdı. Ağdam bölgəsində hərbi xidmətdə olan Çinar 4 yanvar 2008-ci ildə düşmənlə üzbəüz mövqedə xidməti borcunu yerinə yetirərkən namərd erməni gülləsinə tuş gəldi.

64. Əzizov Rüstəm İzzət oğlu 1 may 1991-ci ildə Astara rayonunun Çükəş kəndində anadan olub. 2013-cü ilin yayında Milli Ordu sıralarına çağırılıb. Ağdam bölgəsində hərbi xidmət keçib. 21 noyabr 2014-cü il tarixdə Ağdam rayonun Çəmənli kəndi ərazisində düşmən gülləsinə tuş gəldi.

65. Teymurov Pəncəli Nurməmməd oğlu 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 3 aprel 2016-cı ildə şəhid oldu.

66. Rzayev Atif Müzəffər oğlu 1 iyun 1972-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1992-ci ilin noyabr ayının 3-də bu Vətən oğlu Vətənin müdafiəsinə yollandı. İlk döyüşü Ağdamın Güllücə kəndi uğrunda oldu. 1993- cü ilin yanvarında Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə həmişə öndə vuruşan Atif itkin düşdü.

67. Əliyev Bəxtiyar Sədiyar oğlu 3 fevral 1972-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Könüllü olaraq 1992-ci ilin sentyabrın 7-də orduya yollanır. 23 matr 1993-cü ildə şəhid olub.

68. Vəliyev Mehman Əhməd oğlu 20 may 1972-ci ildə Astara şəhərində anadan olub. 21 yanvar 1991-ci ildə orduya yola düşən Mehman hərbi xidmətdə oluğu iki il müddətində çoxlu qanlı döyüşlərdə iştirak edib. Ağdam, Füzuli, Kəlbəcər rayonlarının ayrı-ayrı yaşayış məntəqələrinin müdafiəsi və məfur düşmənlərdən təmizləməsindən mərdliklə döyüşüb. 31 matr 1993-cü ildə fədakarlığı onu əbədi xatırlanacaq bir zirvəyə, Şəhidlik zirvəsinə qaldırdı.

69. Hidayətov Hikmət Məhərrəm oğlu 26 sentyabr 1973-cü ildə Astara rayonunun Kakalos kəndində anadan olub. 1992-ci ilin iyun ayında Astara rayon hərbi komissarlığından otdu sıralarına hərbi xidmətə yola salınıb. 2 aprel 1993-cü ildə Kəlbəcərin İşğal olunmasıyla Hikmət də döyüşlərdə itkin düşüb.

70. Qurbanov Qədir Nəcəf oğlu 20 dekabr 1973-cü ildə Astara rayonunun Kakalos kəndində anadan olub. 1992-ci ilin dekabr ayında ordu sıralarına yola düşmüş, ay yarım Hacıqabulda hərbi təlim keçmiş, sonra ön cəbhəyə göndərilmişdir. 12 iyun 1993-cü ildə şəhid olub.

71. Abbasov Abdülsalam Müzəffər oğlu 6 avqust 1966-ci ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub. İlk könüllülərə qoşularaq Vətənin müdafiəsinə yollandı. Goranboyda, Ağdərədə, Ağdamda çoxlu qanlı döyüşlərdə iştirak etdi. 28 dekadr 1993-cü ildəAbdülsalamın Ağdam rayonunun Baş Qərvənd kəndində gedən qizğın döyüşlərdə itkin düşməsi xəbəri gəldi.

72. Şabanov Elşən Naib oğlu 12 aprel 1975-ci ildə Astara şəhərində anadan olub. 3 yanvar 1993-cü ildə orduya çağırılıb. 1994-cü ilin yanvarında Füzuli rayonun Qaraxanlı kəndi uğurunda gedən döyüşlərdə itkin düşüb.

73. Talıbov Şamil Şəmsəddin oğlu 24 avqust 1974-cü ildə Astara rayonunun Miki kəndində anadan olub. 1993-cü ilin oktabrında orduya çağırılıb. Qısa hazırlıqdan sonra döyüş bölgəsinə yollanıb. Son döyüşü Aşağı Əbdürrəhmanlı kəndi uğurunda olub. 11 yanvar 1994-cü ildə şəhid olub.

74. Rzaquliyev Vüqar Xudaqulu oğlu 13 dekabr 1974-cü ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. 1993-cü ilin 16 oktyabrında ilk dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdi. 26 yanvar 1994-cü ildə şəhid oldu.

75. Əliyev Mahmud Raziyar oğlu 9 fevral 1974-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olub. 1993-cü ilin sentyabrında orduya çağırılıb. Xaçınstroyda, Ağdərədə bir neçə qanlı döyüşlərdə iştirak etdi. Son döyüşü Şişqayada oldu. 27 yanvar 1994-cü ildə itkin düşüb.

76. Əjdərov Elşən Əjdər oğlu 3 fevral 1973-cü ildə Astara rayonunun Şahağacı kəndində anadan olub. 7 avqust 1992-ci il tarixdə Astara hərbi komisarlığından elə Astara şəhərindəki hərbi hissəyə yola düşüb. 27 yanvar 1994-cü ildə şəhid olub.

77. Musayev Rahim Malik oğlu 13 noyabr 1975-ci ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olub. 1993-cü ilin oktyabr ayında Azərbaycanın Milli ordusunda hərbi xidmətə başlayıb. 12 aprel 1994-cü ildə Vətən uğurunda döyüşərək şəhid olub.

78. Suvarov Vəfalı Gülhəsən oğlu 2 mart 1959-cu ildə Astara rayonunun Kakalos kəndində anadan olub. Ağdamın İlxıçılar kəndi uğrunda döyüşə girmiş və 15 aprel 1994-cü ildə elə həmin döyüşdə də itkin düşmüşdü.

79. Əhmədov Mikayıl Sabir oğlu 24 mart 1973-cü ildə Astara rayonunun Siyatük kəndində anadan olub. 1993-cü ildə döyüşə getmək üçün komandanlığa müraciət etdi və sentyabr ayında Beyləqana yollandı. 28 yanvar 1994-cü ildə növbəti döyüş əməliyyatı zamanı Şişqayada itkin düşdü.

80. Əhmədov Qılman İsi oğlu 24 oktyabr 1975-ci ldə Astara rayonunun Artupa kəndində anadan olub. 1 yanvar 1994-cü ildə orduya çağırılıb. Sonra birbaşa döyüş bölgəsinə yollanıb. 26 aprel 1994-cü ildə şəhid olub.

81. Abdullayev Çingiz Məmməd oğlu 24 iyul 1975-ci ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olub. 7 yanvar 1994-cü ildə orduya çağrılıb. Son döyüşü 6 aprel 1995-ci ildə olub. 26 aprel 1995-ci ildə şəhid olub.

82. Bəşirov Fikrət Nurşirəvan oğlu 1 yanvar 1980-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olub. 15 yanvar 2015-ci ildə şəhid olub.

83. Dadaşov Kənan Həsrət oğlu 20 aprel 2000-ci ildə Astara rayonunun Pəlikeş kəndində anadan olub. 23 aprel 2018-ci ildə şəhid olub.

84. Abdullayev Rövşən Əbdülhüseyn oğlu 16 yanvar 1969-cu ildə Lerik rayonunda anadan olub. 13 sentyabr 1992-ci il tarixində Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən ölüm-dirim savaşında qəhrəmancasına şəhid olmuşdur. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 15 yanvar 1995-ci il tarixində ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı Fəxri adı verilmişdir.