Mərkəzin binası

Mərkəzin binası 2 mərtəbədən ibarətdir.

Mərkəzin birinci mərtəbəsində Muzey yerləşir. Muzeyin sahəsi 318,3 kv.m-dir. Muzeydə Ümummilli Lider Heydər Əliyevin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər vardır. Eyni zamanda monitor vardır.

Mərkəzin II mərtəbəsində Konfrans zalı vardır.

Konfrans zalı

Konfrans zalının sahəsi 98,1 kv.m.-dir. Konfrans zalında rayonun bir sıra tədbirləri və Mərkəzin bütün tədbirləri keçirilir.

Mərkəzin II mərtəbəsində Sərgi sahəsi (foye) vardır.

Mərkəzin Sərgi sahəsi (foye)

Mərkəzin Sərgi sahəsi 84,9 kv.m-dir. Keçirilən tədbirlərin sonunda Sərgi sahəsində Mərkəzin həm Fondunda saxlanılan eksponatlara, "Elektron Kitabxana"sında yerləşən kitab, jurnal və qəzetlərdən, eyni zamanda “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgilərə baxış keçirilir.

Mərkəzin II mərtəbəsində "Elektron Kitabxana" vardır.

Mərkəzin "Elektron Kitabxana"sı

Mərkəzin "Elektron Kitabxana "sının sahəsi 98.3 kv.m-dir.

Astara rayon Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində "Elektron Kitabxana" fəaliyyət göstərir. Elektron Kitabxanın fondunda cəmi 2072 ədəd kitablar, jurnallar və SD disklər var. Onlardan: 1890 ədəd kitab, 166 jurnal, 1 ədəd fotosənəd, 15 ədəd elektron (SD) diskdən ibarətdir. Eyni zamanda Elektron Kitabxanada 21 ədəd komputer vardır.

Mərkəzin II mərtəbəsində "Nigah otağı" vardır.

“Nigah otağı”

Nigah otağının sahəsi 30.8 kv.m-dir

Astara rayonunun şəhər və kənd əhalisinin öz nigah mərasimlərini Astara rayon Heydər Əliyev Mərkəzində keçirtmələri artiq ənənə halını almışdır.