"Bayraq yürüşü"

Diqqət! Diqqət!

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də Ağsu rayonunda "Bayraq yürüşü" keçiriləcək. Yürüşün keçirilməsində əsas məqsəd gənclərə dövlət bayrağımıza ,vətənə sevgi, eləcə də milli- mənəvi dəyərlərimizə hörmət və məhəbbəti təbliğ etməkdir. Yürüş saat 10:00-da Ağsu Qəhrəmanlar Kompleksindən (Şəhidlər Xiyabanından) başlayacaq,Heydər Əliyev adına Mərkəzi parkda bitəcək. Daha sonra yürüşə qatılan bütün gənclər Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan möhtəşəm bayram tədbirinə qoşulacaq. Vətənini, bayrağını sevən hər bir gənci yürüşə qoşulmağa çağırırıq.

Qürürumuz, şərəfimiz,

Ay ulduzla möhürlənən məbədimiz,

Ucal- ucal zirvələrə,

Qürur duysun Vətənimiz!

Ucal- ucal zirvələrə,

Göz dağı ol düşmənlərə!!!