Beynəlxalq Muzeyler Günü

Beynəlxalq Muzeyler Günü

Hər il 18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu münasibətlə 16, 17, 18 may 2019-cu il tarixdə Ağsu rayon Heydər Əliyev Mərkəzində "Açıq Qapı " günü keçirildi. Mərkəzin əməkdaşları peşə bayramı ərəfəsində İsmayıllı rayon İvanovka kəndinə səyahət etdi. İvanovka respublikamızda kollektiv təsərrüfat formasını saxlayan, özünəməxsus koloritini qoruyan yeganə kənddir. Səyahət zamanı Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin də qonağı olduq. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovka kəndinə səfərlərini əks etdirən fotoguşə, sinif otaqları, tarix muzeyi olduqca maraqlı idi. Sonda xatirə şəkli çəkildi və İvanovkadan xoş təəssuratlarla ayrıldıq.