Yaxın mədəniyyət müəssisələri

Ağsu rayon Heydər Əliyev Parkı

2009 -cu ildə şəhər mərkəzində 2.5 hektar ərazidə Heydər Parkı salınmışdır. Burada ümummilli lider Heydər Əliyevin qaranitdən hazırlanmış postamentlə birlikdə hündürlüyü 7 metr olan abidəsi ucaldılmışdır. Abidənin müəllifi Rəssamlar İttifaqının üzvü, heykəltaraş Rəşid Hüseynovdur. Parkda 5 fəvvarə quraşdırılmış, ümumi sahəsi 1000 kvadrat metr olan 100 yerlik yay konsert meydançası tikilmiş, 6440 kvadrat metr sahədə yeni yaşıllıq salınmışdır.

Ağsu rayon Şahmat Məktəbi

Ağsu rayon Şahmat Məktəbi 2015- ci il sentyabrın 17-də insanların istifadəsinə verilmişdir. Şahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir. Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbdə şahmat dərslərinin keçirilməsi zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Ağsu rayon Tarix- Diyarşünaslıq Muzeyi

Ağsu Rayon Tarix- Diyarşünaslıq Muzeyi 1985 - ci ilin may ayında yaradılıb. Muzeyə ayrılan bina ikimərtəbəlidir. Ümumi sahəsi 358 kv.m, ekspozisiya sahəsi 157 kv.m dir. Birinci mərtəbə foyedən və 3 sərgi salonundan ibarətdir. Foyedə rayonun xəritəsi, təbii şəraiti, dövlət rəmzləri, rayon haqqında ümumi məlumat yerləşdirilib. I salonda qədim dövrdən başlayaraq XIX əsrə qədərki dövrü əhatə edən materiallar nümayiş etdirilir. II salon XVIII əsrə aid “Ağsu şəhəri orta əsrlərdə” ekponatları ilə sərgilənir.

III salonda 1918-1920 –ci illər ADR-in yaranması, Azərbaycan Milli Hökümətinə aid pullar və bu dövrə aid bir neçə eksponatlar o cümlədən, Ağsu rayonunun milli qəhrəmanları və şəhidlərin fotoşəkilləri,onlara məxsus şəxsi əşyalar yerləşdirilib.

İkinci mərtəbə 60-80 kv.m sahəsi olan böyük salondur. Bu salonda Ümumilli liderimiz Heydər Əliyev möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rayonumuza gəlişini əks elətdirən stentlər, rayonun ziyalıları, sənətkarları, əmək qəhrəmanları sosial inkişafını əks elətdirən fotoguşələr qurulmuşdur. Muzeydə 6561 (altı min beş yüz altmış bir )-dən artıq eksponat toplanmışdır. Ekspozisiya zallarında 1140(min yüz qırx)-dan artıq eksponat sərgilənir.

Mədəniyyət sarayı

Ağsu rayon Mədəniyyət sarayı hal- hazırda əsaslı təmirə dayandırılmışdır.