Ağsu rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsi Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 181 ədəd fotoşəkil, fəxri guşə (Heydər Əliyevin büstü) olan ekspozisiya salonudur. Mərkəz Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyənilməsi, tədqiqi və təbliği, elm, təhsil və mədəniyyət sahəsindəki ideyalarının davam və inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.

Muzeyin ümumi sahəsi 388.6 kvm- dir.

Muzey bazar ertəsindən başqa həftənin bütün günləri saat 10:00- dan 18:00- dək fəaliyyət göstərir.

Mərkəzin ekspozisiya zalı aşağıdakı bölmələri əhatə edir.

I bölmə. Heydər Əliyevin uşaqlıq və ilk gənclik illəri.

II bölmə. Heydər Əliyevin Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyəti.

III bölmə. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövrü.

IV bölmə. Heydər Əliyevin Ağsu rayonuna səfərləri.

V bölmə. Heydər Əliyev SSRİ rəhbərlərindən biri kimi.

VI bölmə. Heydər Əliyevin Moskva şəhərində yaşadığı illər.

VII bölmə. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında fəaliyyəti dövrü.

VIII bölmə. Qayıdış. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin ikinci dövrü.