Ağsu rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi” kitabxanası fəaliyyət göstərir. Kitabxanada Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətinin hər iki dövründə Azərbaycan tarixinin yenidən yazılması, tarixi şəxsiyyətlərin yüksək qiymətləndirilməsi və Heydər Əliyevin Azərbaycan tarixi elminin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini əks etdirən nəfis nəşr olunmuş çox cildlik kitablar, əsərlər, monoqrafiyalar yer tutur. "Heydər Əliyevin Naxçıvan MR- da fəaliyyəti dövrü" başlığı altında Heydər Əliyevin Naxçıvanla bağlı həyata keçirdiyi tədbirlərə dair bir çox sanballı kitablar vardır ki, onlar da kitabxanada oxuyuculara təqdim olunur.