Heydər Əliyev və Ağsu

Hər bir xalqın tarixində elə böyük şəxsiyyətlər olur ki, onların əməlləri daim yaşayır, adları vətən salnaməsinə silinməz hərflərlə yazılır. Bu, Azərbaycan xalqının ümummilli lideri, XX əsrin ən görkəmli siyasi xadimi, bütün zamanların ən böyük Azərbaycanlısı Heydər Əliyev Cənablarıdır. Azərbaycanın bütün regionlarına diqqət ayıran ümummilli lideri Heydər Əliyev Ağsu rayonunda da dəfələrlə olmuşdur. Ağsu rayonunun sosial- iqtisadi inkişafı keçən əsrin 70- ci illərindən geniş vüsət almışdır. Bu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə əlaqədardır. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) bütün respublikada olduğu kimi Ağsu rayonunda da xalq təsərrüfatı sahələrinin - xüsusilə şərab və konserv zavodlarının istifadəyə verilməsi, heyvandarlığın kompleks mexanikləşdirilməsi və üzümçülüyün inkişafı sahəsində dövlət tərəfindən maliyyələşən bir çox proqramlar həyata keçirmişdir. Rayonda gedən işlərlə tanış olmaq üçün Heydər Əliyev o vaxt partiya, dövlət və hökumət rəhbərlərinin böyük bir qrupu ilə üç dəfə -1978 - 1980-1981-ci illərdə Ağsu rayonunda olmuşdur. Bu səfərlərin hər birinin nəticəsində rayonda böyük sosial - iqtisadi sıçrayışlar, tərəqqi baş vermiş, onlarla sadə əmək adamı, yaxud onların övladları ali təhsil ocaqlarına qəbul edilmişdir. 1980- ci ilin sentyabr ayının 25-i Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi, Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Ağsu rayonuna ikinci gəlişi idi. Həmin vaxt Ağsuda Ə. Bayramov adına, Nizami adına 26 Bakı Komissarları, M. Ə. Sabir adına təsərrüfatların taxıl, pambıq, üzüm sahələri,yem bitkiləri əkinləri, heyvandarlıq kompleksləri yerləşirdi. Heydər Əliyev təsərrüfat işinin gedişi ilə tanış olur, adi zəhmət adamları ilə görüşüb söhbət edir, onların iş, təhsil, sağlamlıq, ailə vəziyyəti ilə maraqlanırdı. Ümumiyyətlə Ağsu rayonunda gedən işlərlə tanış olmaq üçün Heydər Əliyev o vaxt partiya, dövlət və hökümət rəhbərlərinin böyük qrupu ilə üç dəfə 1978 - 1980 - 1981- ci illərdə Ağsu rayonunda olmuşdur. Bu səfərlərin hər birinin nəticəsində rayonda böyük sosial- iqtisadi sıçrayışlar, tərəqqi baş vermiş, onlarla sadə əmək adamı, yaxud övladları ali təhsil ocaqlarına qəbul edilmişdir.

Heydər Əliyevin sərəncamı ilə təltif olunanlar.

Görkəmli aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948 -ci ildə Ağsu rayonunda anadan olmuşdur.1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. ( "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisi gün gecə yarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir. Rasim Balayev 1995 - ci ildə Heydər Əliyev tərəfindən şöhrət ordeni ilə təltif olunmuşdur.

Ağamir Sultanov 1994-cü ildə, leytenant qismində Ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

19 il sonra, 2013-cü ildə isə Ağamir Sultanov artıq polkovnik-leytenant qismində təltif edildi. O, İlham Əliyevin sərəncamı ilə"Vətən uğrunda" medalına layiq görüldü.

2016-cı ildə polkovnik Ağamir Sultanov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlahm Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.