"Xocalı"- Məhv olunmuş şəhər

"Xocalı"- Məhv olunmuş şəhər

"Xocalı" - Məhv edilmiş şəhər

Ağsu rayon Heydər Əliyev Mərkəzi Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayon tam orta məktəblərində soyqırıma həsr olunmuş sərgi və mühazirələrin kütləvi şəkildə keçirilməsinə başladı. İlk anım tədbiri şəhər 1 saylı məktəb- liseydə həyata keçirildi. Sərgidə Mərkəzin rəsm dərnəyinin üzvlərinin 30- dan çox əsərləri nümayiş olunur. Siniflər üzrə keçirilən mühazirələrdə isə Mərkəzin əməkdaşları və könüllülər iştirak edir. Mühazirələrdə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olması, xalqımızın 200 il ərzində erməni millətçi- şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi torpaqlarından qovulması bir daha şagirdlərə çatdırılır. Səyyar sərgi və mühazirələr fevral ayının 21,23,24,25,26 -sı tarixinə qədər məktəblərdə davam edəcək.