"Qəhrəmanlar unudulmur"

"Qəhrəmanlar unudulmur"

Mübariz İbrahimov qeyri-bərabər döyüşdə şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.

İlham Əliyev

07 fevral 2020-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Ağsu rayon Heydər Əliyev Mərkəzi silsilə tədbirlər həyata keçirdi. Şəhər 4 saylı tam orta məktəbdə mərkəzin əməkdaşlarının iştirakı ilə siniflər üzrə Milli Qəhrəmana həsr olunmuş filmlərin nümayişi, mühazirələr, rəsm və kitab sərgisi təşkil olundu. Öncə məktəbin direktoru Günay İnayətova tədbirin məqsəd və məramını açıqlayaraq, Milli Qəhrəmanın həyatı barədə danışdı, şagirdlərə tövsiyələrini verdi. Sonra mərkəzin elmi-işçisi İ.Usubəliyeva məktəbin V-VI-XI siniflərində Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edən vətənpərvərlik mövzusunda mühazirələrlə çıxış etdi. Vurğulandı ki, onun xatirəsi heç vaxt yaddaşımızdan silinməyəcək və göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə örnək olacaqdır. Biz hamımız onunla fəxr edirik!