1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Ağsu Heydər Əliyev Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Dünya uşaqlarla gözəldir" adlı möhtəşəm tədbir keçirildi. “Dövlətimiz uşaqların sağlam və firavan böyüməsinə, onların hər cür qayğı ilə əhatə olunmasına, müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur” bu fikirlər 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbirdə səsləndirildi. Tədbirdə uşaqlar üçün müxtəlif oyunlar, viktorinalar, hədiyyələr, artvizaj və musiqili- əyləncəli şou- proqram təşkil olunmuşdur. Tədbir günün sonuna qədər kütləvi şəkildə davam etdi.