Ağsu rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunan ümumrayon şənliyi keçirilib

Ağsu rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunan ümumrayon şənliyi keçirilib

Ağsu şəhərindəki Heydər Parkında xalqımızın ən əziz bayram olan Novruza həsr edilən ümumrayon şənliyi keçirilib.
Tədbirin aparıcısı Novruz bayramı münasibətilə ağsuluları təbrik edib, Novruzu müstəqilliyimizin bizə qaytardığı ən əziz dəyərlərdən biri kimi səciyyələndirib. Vurğulayıb ki, sovet imperiyasının unutdurmağa çalışdığı Novruz kimi əziz və müqəddəs bayramların xalqımıza qaytarılmasında, yaşadılmasında ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətləri olub.
Sonra musiqi səsləndirilib, Kosa və Keçəlin şən zarafatları, səhnəciklər, idmançıların, kəndirbazların çıxışları, milli adət-ənənələrimizə uyğun bayram süfrələri nümayiş etdirilib.