“Hər kəsi fəaliyyətimizlə tanış edək və ən yaxşını seçək”

“Hər kəsi fəaliyyətimizlə tanış edək və ən yaxşını seçək”

Ağsu rayon Heydər Əliyev Mərkəzi rayon ümumtəhsil məktəblərində “Hər kəsi fəaliyyətimizlə tanış edək və ən yaxşını seçək” devizi altında tədbirlərin keçirilməsinə start verdi. İlk tədbir Ağsu rayon Muradlı kənd tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirildi. Dövlət himninin səslənməsindən sonra tədbiri giriş sözü ilə Ağsu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov açdı. Vurğulandı ki, bu formatda tədbirlər tədris ilinin sonuna qədər rayonun bütün nümunəvi məktəblərində həyata keçiriləcək. Tədbirdə Mərkəzin əməkdaşları Ləman Abasova və İlahə Usubəliyeva tərəfindən Mərkəzin fəaliyyətini əks etdirən video- slayd nümayiş olundu. Daha sonra məktəbin şagirdləri arasında 11 fənn üzrə intellektual yarışma keçirildi. Məktəb şagirdləri vətənpərvər, xalq və digər mahnılar ifa etdilər. İntellektual viktronada fəal iştiraklarına görə Mərkəzin adından 10 şagirdə tərifnamə təqdim olundu. Tədbirin sonunda xatirə şəkli çəkildi.