Dərnəklər

Rəsm dərnəyi

Ağsu rayon Heydər Əliyev Mərkəzində yeni yaradılmış rəsm dərnəyi fəaliyyət göstərir. Dərnəkdə rəsmin bütün janrlarına yer verilir. Dərslər həftədə iki dəfə professional müəllim, tərtibatçı- rəssam Nailə Əliyeva tərəfindən keçirilir.

Dərnək qruplar şəklində " Kids art" ( 5- 7 yaşlı uşaqlar) və "Həvəskarlar" ( yaşından və bacarığından asılı olmayaraq həvəsi olan hər kəs) adı ilə həftənin 4- 5 -ci günlər 1,5 saat fəaliyyət göstərir.

Rəsm dərnəyinin qazandığı uğurlar.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş 10-17 yaşlı uşaq və gənclər arasında keçirilən respublika təsviri sənət Qəbələ zona müsabiqəsində rəsm dərnəyinin iştirakçısı Afər Tacızadə diplomla təltif edildi.

1 iyun - Uşaqların Müdafiəsi Günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclis və UNİCEF-lə birgə 1 iyun tarixində Milli Məclisdə uşaqların iştirakı ilə "Mənim səsim - mənim hüquqlarım: Parlamentdə müzakirə" mövzusunda tədbir keçirmişdir. Tədbir il ərzində uşaq hüquqları sahəsində keçirilən tədbirlərdə aktivliyi ilə seçilən 80-ə yaxın uşağın Milli Məclis üzvləri ilə görüşü baş tutmuş, uşaqlar müxtəlif mövzular ətrafında çıxışlar etmişlər. Tədbirdən öncə Milli Məclisin foyesində ölkə üzrə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Tədbirdə iştirak edən qonaqlar tərəfindən rəsm sərgisi böyük maraqla izlənilmiş və tədbirin təşkilatçıları tərəfindən Ağsu rayonunu təmsil etmiş Afər Tacızadə diplomla təltif edilmişdir.