Ermənistan təcavüzünün nəticələri

1990- cu illərin əvvələrindən başlamış Ermənistan - Azərbaycan müharibəsi nəticəsində xalqımız və torpağımız böyük itkilər yaşamışdır. Lakin 1994- cü ildə düşmənlə təmas xəttində Atəşkəs elan olunandan sonra öz dövlətçiliyini daha da gücləndirmiş, iqtisadı və hərbi qüdrətini artıraraq dünya dövlətləri sırasında sayılıb-seçilən, özünəməxsus söz sahibi olan bir dövlət imicini qazana bilmişdir. Ermənistan işğalçıları torpaqlarımıza təcavüz edəndə ağsulu gənclər də silaha sarılaraq vətənin azadlığı uğrunda düşmənlə ölüm-dirim savaşına yollandılar. Onlardan 112 nəfəri şəhidlik zirvəsinə ucaldı, 2 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Vətənpərvərlik ruhunu şərtləndirən amillərdən biri torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş vətən övladlarının adlarının əbədiləşdirilməsi, xatirələrinin həmişə ehtiramla yad edilməsidir.

Adına məktəb olan şəhidlər.

  1. Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-lisey
  2. Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəb
  3. Polad Mirzəyev adına şəhər 5 saylı tam orta məktəb
  4. Elçin Ağayev adına Padar kənd tam orta məktəb
  5. Müslüm Kərimov adına Növcü kənd tam orta məktəb
  6. Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəb
  7. Müşfiq Musayev adına İlxıçı kənd tam orta məktəb
  8. Hacımustafa Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəb
  9. Samid Mikayılov adına Rəhimli kənd tam orta məktəb
  10. Əbülfəz Eldarov adına Abasxanlı kənd tam orta məktəb
  11. Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəb
  12. Sahil Mütəllimov adına Gəgəli kənd tam orta məktəb
  13. Arif Cəbiyev adına Bico kənd tam orta məktəb
  14. Aslan Soltanov adına Qəşəd kənd tam orta məktəb
  15. Ağamalı Qurbanov adına Ləngəbiz kənd tam orta məktəb
  16. Sübhan Şükürov adına Kalva kənd tam orta məktəb
  17. Bəhruz Nəsirov adına Dilman kənd tam orta məktəb
  18. Qafur Eminalıyev adına Padarqışlaq kənd tam orta məktəb
  19. Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəb
  20. Mamed Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəb
  21. İkram Rüstəmov adına Çaparlı kənd tam orta məktəb
  22. Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəb
  23. Rizvan Nağıyev adına Ağabəyli kənd tam orta məktəb
  24. Məzahir İsmiyev adına Ərəbuşağı kənd tam orta məktəb
  25. Mahmud Rəhimov adına Musabəyli kənd tam orta məktəb
  26. Qadir Kərimov adına Təklə kənd tam orta məktəb
  27. Güləhməd Kərimov adına Gursulu kənd ümumi orta məktəb
  28. Arif Mirzəyev adına Nəmirli kənd tam orta məktəb
  29. Hafiz Quliyev adına Nüydü kənd ibtidai məktəb
  30. Cavid Xıdırov adına Yenilik kənd tam orta məktəb
  31. Ətraf Ağaverdiyev adına Göydəlləkli kənd tam orta məktəb
  32. Mahir Abdullayev adına Qiyaslı kənd tam orta məktəb
  33. Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəb
  34. Azər Nuralıyev adına Keçdiməz kənd tam orta məktəb
  35. Tərlan İsmayılov adına Mustafalı kənd tam orta məktəb
  36. Nuhu Mustafayev adına Qaraməmmədli kənd ibtidai məktəb

Adına bulaq tikilmiş şəhidlər

1. Fətəlizadə Rüfət Nazim oğlu

2. Fərəczadə Toğrul Habil oğlu

Adına xatirə abidəsi qoyulmuş şəhidlər

1. Ağsu şəhər 1 saylı məktəb-lisey- Nadirov Aslan Tarverdi oğlu

2. Ağsu rayon Rəhimli kənd tam orta məktəb- Mikayılov Samid Mikayıl oğlu

3. Ağsu rayon Qəşəd kənd tam orta məktəb- Soltanov Aslan Seyfulla oğlu

4. Ağsu rayon Ləngəbiz kənd tam orta məktəb- Qurbanov Ağamalı Emin oğlu

5. Ağsu rayon Padarqışlaq kənd tam orta məktəb- Eminalıyev Qafur Alxan oğlu

Milli Qəhrəman- Şamil Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə X sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. 1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub. Azərbaycan Respublika Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra Şamil Ramazanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəman- Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. 1991 -ci il 14 sentaybarda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırdığı zaman Yusif şəhid olur. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Nağıyev Rizvan Xəlil oğlu 1938-ci ildə Ağsu şəhəri Ağalarbəyli kəndində anadan olub. Gənc yaşlarından Baki şəhərinə getmiş, hərbi məktəbə daxil olmuşdur. Hərbi xidmətdə olarkən Moskva şəhərində ali məktəbə daxil olub. Bir müddət Almaniyada,Türkiyədə hərbi mütəxəsis kimi işləmişdir. Xocalı soyqırımından sonra Bakıya gəlib cəbhəyə yollanır. Fizuli bölgəsində “N”polkunda qərargah rəisi vəzifəsində işləmişdir. 1993-cü ildə fevral ayının 15-də vətən həsrəti ilə gözlərini əbədi yummuşdur. Podpolvonik Rizvan Nağıyev Azərbaycan Milli qəhramanı adı verilmişdir.

Aprel şəhidi- Toğrul Fərəczadə 1993-cü ilin 10 oktyabr günündə Ağsu rayonunun Bico kəndində anadan olub. Toğrul Fərəczadə 2016-cı ilin aprel ayında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Toğrul Fərəczadə doğulduğu Ağsu rayonunun Bico kəndində son mənzilə yola salındı.Toğrul Fərəczadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə " Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Şəhidlərimiz

Hüseynov Elman Hüseyn oğlu 02 may 1974- cü ildə Ağsu rayonunun Çaparlı kəndində anadan olmuş, 1992 – ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və 1993 – cü ilin mart ayının 19-da Ağdam rayonu, Qalayçılar kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdür.

Həmzəyev Nemət Abuzər oğlu 1970-ci ildə Ağsu rayonu Rəhimli kəndində anadan olub.1987-ci ildə Rəhimli kənd orta məktəbini bitirib.1993-cu ildə könüllü olaraq cəbhəyə gedib. Fizuli bölgəsində gedən şiddətli döyüşlərdə fəal iştirak edir.1994-cü ildə şəhid olub.

Səfərov Elxan Əmənulla oğlu 1970-ci il Ağsu rayonu Suraxanı kəndində anadan olub.1988-ci ildə hərbi xidmətə gedib.Gədəbəy rayonunun Başkənd, Mormor, Mutudərə kəndinin düşməndən təmizlənməsində iştirak edib.1992-ci ildə Gədəbəy rayonunun “Hörükdaş”əməliyyatı zamanı şəhid olmuşdur.

Mehdiyev Qəhrəman Gülhüseyn oğlu 1972-ci il Ağsu rayonu Qaraqoyunlu kəndində anadan olmuşdur.Qaraqoyunlu kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhəyə yollanır. Qəhramanın son döyüşü yeri Üryandağ yüksəkliyi olub. Bu döyüşdə yoldaşı ilə birlikdə 2 ədəd T-72 markalı düşmən tankını vurmuş özü isə şəhid olmuşdur.

Zöhrabov Sarvan Şirvan oğlu 1975-ci ildə Ağsu şəhərində anadan olub.1990-ci ildə vətən borcunu yerne yetirmək üçün hərbi xidmətə yollandi. Qarabağda döyüşlərdə iştirak etmişdir. Fizuli bölgəsində gedən döyüşlərdə şəhid olmuşdur. Bəli bir neyn naləsi susdu, bir ömür yarimçiq qaldi, bir gəncin deyilməmiş sözləri, arzulari qaldi.

Əliyev Ceyhun Şixəli oğlu 1974-cü il Ağsu şəhərin Padar kəndində anadan olub. 1982-ci ild padar kend orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1991-ci ildə padar kənd orta məktəbi qurtarmişdir. 1992-ci ilin iyun ayinda Milli ordu siralarina hərbi xidmətə çağrılıb Ceyhun 365 sayli b hərbi hissədə təlim keçmişdir və ağdam bölgəsində “Fərruxtəpə” yüksəkliyində döyüşmüşdür. Ceyhun 1992-ci ilin oktiyabr ayinda döyüş zamanı qəhramanliqla şəhid olmuşdur.

Qədirov Hüseyinqulu Həsənqulu oğlu 1964-cu ildə Ağsu şəhərin kalva kəndində anadan olmub. 1971-ci ildə kalva kənd orta məktəbin 1 ci sinifinə daxil olub. 1982-ci ildə həmin məktəbi bitirib. O, ordu sıralarından qayıtdıqdan sonra Həştərxan vilayətinə gedərək orda pedeqoji inustutun xarici dil şöbəsinə daxil oldu, oranı bitirdikdən sonra doğma kəndinə qayıdır. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. 1992 ci ildə Gədəbəy rayon ərazisində “Hörükdaş”əməliyyati zamani şəhid olur.

Xıdırov Cavid Cəlal oğlu 1973-cü ildə Ağsu rayonu Gursulu kəndində anadan olub. 1980-ci ildə Gürsulu kənd orta məktəbinə getmiş ,1988-ci ildə Nəmirli kənd əsas məktəbini bitirmişdir. 1992-ci ildə milli ordu sıralarına hərbi xidmətə getmişdir. O, Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib.1992-ci ildə şəhid olub.

Eyniyev İlqar Əvəzxan oğlu 1973-cu ilidə Ağsu rayonu Qəşəd kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirib.1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi hissədə təlim kecdikdən sonra könüllü olaraq Tovuz bölgəsinə göndərilib.Bir neçə döyüşlərdə iştirak edib. Növbəti döyüşlərin birində,1994-cü ildə şəhid olmuşdur.

Həmidov Araz Heybət oğlu 1975-ci il Ağsu rayonu Xəlilli kəndində anadan olub. 1992-ci ildə Xəlilli kənd orta məktəbini bitirib. 1993-cü ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb.Tərtər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.1994-cü ildə döyüş zamanı şəhid olub.

Şikarov Qahir Nadirşah oğlu 1973-cü ildə Ağsu rayonu Elabad kəndində anadan olub.1993-cü ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşdə şəhid olub.

Mirzəyev Namiq Qələmşah oğlu 1971-ci ildə Ağsu rayonu Bozavand kəndində anadan olub.Ağarx kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 1992-ci ildə Ağdam rayonu Qazançı kəndində gedən döyüş zamanı şəhid olub.

Qədirov Aqşin Bilal oğlu Ağsu rayonu Musabəyli kəndində anadan olub. O,1985-ci ildə Musabəyli kənd orta məktəbini bitirib. 1993-cü ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. Aqşin bir çox döyüşlərdə iştirak edib. Aqşin Qədirov 1994.01.12 tarixində Fizuli bölgəsində gedən döyüşdə şəhid olub.

Qurbanov Zimistan Səfəralı oğlu 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub. O,rayonun 2 saylı məktəbini bitirdikdən sonra hərbi hissəyə yollanır. 1990-ci ildə hərbi xidmətini Ukraynada cəkən Zimistan xidməti başa vurmağa 6 ay qalmış məzuniyyətə gəlir amma geri qayıtmır. 1991-ci ildə könüllü olaraq Kəlbəcər özünü müdafiə batalyonuna yazılır. 1993-cü ildə düşmən Kəlbəcəri işğal edir. Zimistanin ailəsi ilə Ağsuya köçür. 1993-cü ildə Zimistanın rəyi nəticəsində ordumuzun 100 nəfərlik əsgəri ölüm təhlükəsindən qurtarılır. Digər əməliyyatda 2 düşmən kəşfiyatçısını məhv etdi. 1994-cü ildə Kəlbəcəri azad etmək üçün hücuma kecdi. 5 erməni kəşfiyatcısını əsir göturub. Ağsu şəhərinin mərkəziküçələrindən birinə Zimistan Qurbanovun adını daşıyır.

Quliyev Əhməd Ağasəlim oğlu 1973-ci il Ağsu rayonu Kalva kəndində anadan olub.1993-cü ildə könüllü olaraq cəbhəyə gedir.1994-cü ildə Ağdərə uğrunda gedən döyüşdə şəhid olub.

Mirzəyev Atif Cəfər oğlu 1968-ci il Ağsu rayonu Nəmirli kəndində anadan olub.1981-ci ildə Nəmirli kənd orta məktəbini bitirib. Rayondakı 118-nomrəli TPM-də traktor maşinist ixtisasına yiyələnmişdir. Xocalı hadisəsindən sonra könüllü olaraq cəbhəyə gedir. Füzuli rayonunda olarkən döyüşlərdə əsl qəhramanlıq göstərmişdir. 1992-ci ildə şəhid olub.

Umbayev Soltan Məcid oğlu 1970-ci ildə Ağsu şəhərində anadan olub. Orta təhsilini 2 saylı orta məktəbdə almışdır. 1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. Bir sıra döyüşlərdə iştirak edib. 1992-ci ildə Gədəbəy rayonu ərazisində “Hörükdaş”əməliiyatı zamanı şəhid olmuşdur.

Şərifov Cavanşir Bəxtiyar oğlu 1971-ci ildə Ağsu şəhərində anadan olub. 1989-cu ildə Agsu şəhər 3-saylı orta məktəbini bitirib.1989-1991-ci illerdə ordu sıralarında xidmət edib. 1992-ci ildə könüllü olaraq Qarabağa gedib Ağdam, Fizuli, Ağdərə geden döyüşlərdə iştirak edib. 1992-ci ildə Sırxəvənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Kərimov Güləhməd Əhməd oğlu 1973-cü ildə Ağsu rayonu Kəlağaylı kəndində anadan olub.1988-ci ildə Nəmirli kənd səkkizillik məktəbini bitirib. 1991-ci il dekabrın 25-də hərbi xidmətə çağrılıb.1992-ci ilin aprel aynın 26-da sərhəd rayonlarına göndərilib. Zəngilan bölgəsində Qazançı zastavasında xidmət edib.1992-ci ilin 28 may ayında şəhid olub.

Soltanov Aslan Seyfulla oğlu 1971-ci ildə Ağsu rayonu Qəşəd kəndində anadan olmuşdur. 1988-ci ildə Qəşəd kənd orta məktəbini bitirb. 1989-cu ildə hərbi xidmətə yollanıb.1991-ci ildə hərbi xidmətini başa vurub. O,1992-ci ildə yenidən könüllü olaraq cəbhəyə yollanıb.1993-cü ildə hərbi əməliyyat zamanı şəhid olub.

Mirzəyev Polad Firudun oğlu 1972-ci ildə Ağsu şəhərində anadan olub. 1989-cu ildə şəhər internat orta məktəbini bitirmişdir. Bir il sonra hərbi xidmətə gedib. 1990-1992-ci illərdə Kalininqrad şəhərində xidmət edib və qayıtdıqdan sonra Ağdam bölgəsində gedən döyüşlərə qatılıb.1994-cü ildə Baş Qərvənd kəndi uğrunda gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olub.

Səlimov İlqar İkram oğlu 1965-ci ildə Ağsu rayonu Qaraqaşlı kəndində anadan olub. 1983-1985- ci illərdə Cəlilabad rayonu Pirişid qəsəbəsində hərbi xidmətdə olub. Əsgərlik xidmətindən sonra Bakı şəhəri 16-saylı texniki peşə məktəbində oxuyub.1987-ci ildə bir müddət Sabir adlı sovxozda fəhlə işləyib. 1993-cü ildə Yuxarı Əhmədalılar uğrunda gedən döyüşdə şəhid olub.

Hacıyev Asif Bədəl oğlu 1972-ci ildə Ağsu rayonu Kalva kəndində anadan olub.1990-ci ildə Kalva kənd orta məktəbini bitirib.1992-ci ilidə hərbi hissəyə yollanıb. Ağdərənin Çıldıran, Drabmon, Dovşanlı, Paprəvənd, Sirxavənd, Səssəng su anbarının və bir sıra yüksəkliklərin alınmasında tuşlayıcı operator kimi xüsusi fəalliq və şücaət göstərmişdir. 1993-cü ildə Ağdərədə hərbi əməliyyat zamanı şəhid olub.

Bilalov Nüsrət Bilal oğlu 1967-ci ildə Ağsu rayonu Göydəlləkli kəndində anadan olub.1986-cu ildə Göydəlləkli kənd 8 illik orta məktəbini bitirib. 1987-ci ildə Moskva ətrafında hərbi xidmətdə olub.1992-ci ildə Ağsu rayon hərbi komissarlığından Qubadlı bölgəsinə yola düşmüşdür. 1992-ci ildə Zəngilan rayonu Kolluqışlaq kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Osmanov Elçin Həbibulla oğlu 1973-cü ildə Ağsu şəhərində anadan olub. 1990-ci ildə Ağsu şəhəri 3 saylı orta məktəbi bitirib. 1992-ci ildə hərbi xidmətə gedib. 1993 cü il 31 avqust ayında Şükürbəyli kənd uğrunda gedən döyüşlərdə şəhid olub.

Mütəllimov Sahib Fərhad oğlu 1967-cidə Ağsu rayonu Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd məktəbində almışdır. Könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib, 1992-ci ildə Ağdam rayonu Sırxəvənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ağaverdiyev Ətraf Ağa oğlu 1960-ci ildə Ağsu rayonu Göydəlləkli kəndində anadan olub. 1993-cu ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. 1994-cü ildə döyüşlərdə şəhid olub.

Şükürov Sübhan Soltan oğlu 1964-cu ildə Ağsu rayonu Kalva kəndində anadan olub.1981-ci ildə Kalva kənd orta məktəbini bitirib. 1982-ci ildə könüllü olaraq hərbiyə gedir və bir çox döyüşlərdə iştirak edir. 1992-ci ildə ağır döyüşlər zamanı qəhramanlıqla şəhid olur.

Rüstəmov İkram Novruzəli oğlu 1966-ci ildə Ağsu rayonu Çaparlı kəndində anadan olub. 1984-cü ildə hərbi xidmətə gedib, həmin ilin noyabr ayında könüllü olaraq cəbhəyə gedib. Bir çox döyüşlərdə iştirak edib.1994-ci ilin yanvarın 10-da Fizuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.

Quliyev Şahin Tarverdi oğlu 1956 -cı ildə Ağsu rayonu Gəgəli kəndində anadan olub. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Tərtər rayonu ətrafinda gedən döyüşlərdə yaralanıb.1994-cü il may ayının 18-də şəhid olub.

Mahmudov Rauf Gülverdi oğlu 1963-cü ildə Ağsu şəhəri Bico kəndində anadan olub.1990-ci ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. Mahmudov Rauf 1994-cu il may ayının 8-də şəhid olub.

Hacıyev Sərdar Heybət oğlu 1971-ci ildə Ağsu şəhəri Gəgəli kəndində anadan olub. Boya başa çatdiği Gəgəli kəndində orta məktəbi bitirib. Vətənə məhəbbət hissi ona lap uşaq vaxtlarından aşlanmışdır. Elə bu səbəbdən də könüllü olaraq döyüş bölgəsinə yollanmışdır. Haciyev Sərdar 1993.01.18 tarixdə döyüş zamanı şəhid olmuşdur.

Mövlamov Cahangir Ağaşah oğlu 1975-ci ildə Ağsu rayonu Ağarx kəndində anadan olub. 1992-ci ildə məktəbi bitirmiş, 1993-cü ildə hərbi xidmətə yollanmışdir. Cahangir bir çox döyüşdə iştirak etdiyinə görə gizir rütbəsi alıb. 1994-cü ildə Pirəkəşkülə gəlib gənc əsgərlərə təlim keçib. Kəlbəcərdə və Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1994- cü ildə arxadan kömək gəlmədiyinə görə Cahangir qəhramancasına şəhid olub.

Musayev Müşviq Zahir oğlu 1971-ci ildə Ağsu rayonu Hacısəmədli kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. 1994-cü il fevral ayi 8-də həmin döyüşlərdə iştirak edərək şəhid olub.

Xəlilov Kamal Həsən oğlu 1975-ci ildə Ağsu şəhərin Xəlilli kəndində anadan olub, orta təhsilini bitirdikdən sonra 1994-cu ildə Ağsu şəhəri hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağrılıb. O, bir sira döyüşlərdə iştirak edir. Xəlilov Kamal 07.09.1994-cü ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhid olub.

Rəhimov Mahmud Kərim oğlu 1971-ci ildə Ağsu rayonu Musabəyli kəndində anadan olub.1979-cu ildə Musabəyli kənd orta məktəbinin 1-ci sinifinə gedib.1989-cu ildə həmin məktəbi bitirib. 1989-cu ildə hərbi xidmətə gedib. 1991-ci ildə xidmətini bitirir. 1992-ci ildə milli ordu sıralarına çağırılıb.1993-cü ildə döyüş zamanı şəhid olub.

Abdullayev Mahir Ümid oğlu 1964-cü ildə Ağsu rayonu Qiyaslı kəndində anadan olub. Könüllü olaraq vətənin müdafiəsinə gedib. Fizuli ətrafında gedən döyüşlərdə iştirak edib. 1994-cu ilin iyul ayının 8-də həmin rayonun ətrafında gedən döyüşlərdə qəhramanlıqla şəhid olub.

Məhyəddinov Qabil Əsədulla oğlu 1964-cü ildə Ağsu şəhərində anadan olub. Orta təhsilini 3 sayli orta məktəbdə alıb. Monqolustanda hərbi xidmətdə olub.1992-ci ildə könüllü olaraq Qarabağa gedib. Gədəbəyin Mutudərə kəndində “başkənd” əməliyyatinda iştirak edib. 1992-ci il aprelin 14-də hərbi əməliyyat zamanı şəhid olub.

Musayev Həqiqət Gülağa oğlu 1973-cü ildə Ağsu rayonu Gəgəli kəndində anadan olub.1990-ci ildə Gəgəli kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə getmişdir. Musayev Həqiqət 28 iyun 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub.

Cavadov Mirafət Salman oğlu 1965-cü ildə Ağsu rayonu Nuran kəndində anadan olub.Mirafət təhsilini Nuran kənd orta məktəbində almışdır. 1992-ci ildə könüllü olaraq Qarabağ bölgəsinə müharibəyə gedib. Mirafət Başkənd, Mutudərə və Saraylı kəndlərinin alınmasında xüsusi ilə fərqlənmişdir. Mirafət 1992-ci ildə Gədəbəy rayonu ərazisində Hörükdaş əməliyyatı zamani şəhid olmuşdur.

Talışov Namiq Mürşüd oğlu 1971-ci ildə Ağsu rayonu Gəgəli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq cəbhəyə gedib. O, Ağdərə rayonunun Çaldıran ,Vaquaz, Mehmanə, eləcə də Kəlbəcər rayonunda Murovdağın “Omar” yüksəkliyi uğrunda gedən döyüşlərdə fəallıq göstərmişdir. Namiq vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Ölümündən 3-4 gün əvvəl “Vətən uğrunda” medalı ilə təltif olmuşdur.

Allahverdiyev İlyas Əbil oğlu 1970-ci ildə Ağsu şəhərində anadan olub. Orta təhsilini Ağsu səhər 2 sayli məktəbdə almışdır. İlyas 1992-ci ildə hərbiyə yollanıb. İlyas ermənilərə qarşı bir sıra döyüşlərdə iştirak edib. 1992-ci ildə Gədəbəy rayonu Mormor istiqamətində gedən döyüşlərdə şəhid olub.

İsmiyev Məzahir Ləzgixan oğlu 1971-ci ildə Ağsu şəhəri Agabəyli kəndində anadan olub. 1977-ci ildə Ərəbuşaği kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1987-ci ildə həmin məktəbi bitirib.1988-1990-ci illərdə sonra sovet ordusunda hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra, könüllü olaraq Qarabağa yollandı. Cəbhə yoldaşı, həmyerlisini xilas eden zaman Məzahir düşmən gülləsinə tuş gəldi. Beləliklə, 1994- cü ildə o vətən uğrunda şəhid oldu.

Gözəlov Mahir Ağacan oğlu 1965-ci ildə Ağsu şəhərin Külüllü kəndində anadan olmuşdur. 26 iyun 1992-ci ildə səfərbərliyə cəlb olunub. Milli ordunun 1-ci korpusunun əlahiddə batalyonunda xidmət edmişdir. Sərhəd bölgələrindən Mutudərə və Başkəndin alinmasinda fəal iştirak etmiş, düşmənə ağır zərbə endirərək əsl şücaət göstərmişdi. 1992 ildə “Hörükdaş”əməliyyatı zamani şəhid olmuşdur.

Heydərov Müşfiq Ələkbər oğlu 4 yanvar 1970- ci il Aratkənd kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi bitirib. Həmin ildə Ağsu rayon Hərbi komssarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib. Bir neçə döyüşlərdə fəal iştirak edib. Müşfiq 18.XI.1994-cü ildə Füzuli bölgəsində gedən döyüşlərdə qəhrəmancasina şəhid olub.

Quliyev Hafis Ağaşirin oğlu 1962-ci ildə Ağsu şəhərində fəhlə ailəsində anadan olub. 1969-cu ildə Ağsu şəhər internat məktəbinin 1-ci sinifinə daxil olub. 1979-cu ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1980-ci ildə hərbi xidmətə çağrılıb. Xidməti borcunu Almaniyada keçirib. Hərbi xidmətdən sonra peşə məktəbinə daxil olub. Quliyev Hafis 1992-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ağcəbədi batalyonunda Xocavənd rayonunun Əmrallar kəndi uğurunda gedən döyüşdə öz yaralı komandirini xilas edərək qəhrəmancasina şəhid olmuşdur.

Abdullayev Xilqət Abdulla oğlu 1960-ci ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub.1967-ci ildə Qaraqoyunlu kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.1977-1978 –ci illərdə Ağsu rayon kolxozlararasi tikinti idarəsində fəhlə işləyib. 1978-ci ildə Kirov adina BDU-nin mexanika fakultəsinə daxil olub ,1987-ci ildə unversteti bitirib 1983-1985-ci illərdə hərbi xidmətdə olub.1993-cu ildə könüllü olaraq Qarabağa getmiş, həmin ildə Ağdamda gedən qızğın döyüşlərdə şəhid olmuşdur.

Gərayev Cəbrayıl Ağababa oğlu 1973-cu ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1981 - ci ildə Gəgəli kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 1992-ci ildə orta məktəbi bitirmişdir. 1993-cu ilin aprel ayinda hərbi xidmətə getmişdir. Ağdam rayonuna döyüşə göndərilib. Cəbrayıl, Ağdam yaxınlarında gedən döyüşlərdə böyük fədakarliq göstərir. 1994-cü il yanvar ayında Ağdam rayonunun Xuramurad kənd uğrunda gedən döyüşdə Gərayev Cəbrayıl qəhramancasına şəhid olmuşdur. Gəgəli kəndində dəfn olmuşdur.

Nadirov Aslan Tarverdi oğlu 1968-ci il Ağsu şəhərinin Gəgəli kəndində anadan olub. Orta təhsilini Ağsu şəhər 1 sayli orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra Volqaqrad şəhərində Tibb texnikumuna daxil olub. 1992-ci il fevral ayında könüllülər batalyonuna yazılmış, mart ayından Ağdamda tibb işçisi kimi döyüşən orduda xidmət etmişdir. 1992-ci ilin martin 29-da Şuşa Laçın yolunun “Daşaltı” deyilən nöqtəsində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Ayadov Fikrət Səfər oğlu 1969- cu ildə Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Çaparlı kənd orta məktəbini bitirib. Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 1993- cü ildə o, könüllü olaraq cəbhə bölgəsinə getdi. 26 yanvar 1994- cü ildə ağır döyüşlərin birində şəhid olub.

Bayramov Ceyhun Oruc oğlu 1973- cü ildə Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Kənd orta məktəbində orta təhsilini başa vurub. 26 iyul 1992- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən könüllü cəbhəyə gedib. Qarabağ uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 27 dekabr 1993- cü ildə 703 saylı hərbi hissənin tərkibində qəhrəmanlıqlar göstərən Ceyhun şəhid olub.

Eminalıyev Qafur Alxan oğlu 1974- cü ildə Ağsununun Padarçöl kəndində anadan olub. Orta təhsilini Padarçöl kənd orta məktəbində alıb. 10 iyun 1992- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 1 fevral 1994- cü ildə Füzuli rayonu uğrunda gedən ağır döyüşlərin birində şəhid olub.

Ədilov Ömür Məmmədşah oğlu 1973- cü ildə Ağsu rayonunun Ərəbuşağı kəndində anadan olub. Orta təhsilini boya- başa çatdığı Ərəbuşağı kənd orta məktəbində başa vurub. 11 may 1991- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 702 saylı hərbi hissədə azğın, quduz erməni köpəklərinə qarşı döyüşüb. 2 aprel 1993- cü ildə ağır döyüşlərin birində qəhərəmancasına şəhid olub.

Əzizov Rəşadət Məhəmməd oğlu 1974-cü ildə Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olmuşdur. 25 sentyabr 1992-ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, cəbhə bölgəsinə gedib. 10 aprel 1993 - cü ildə ağır döyüşlərin birində şəhid olub.

Əliyev İdris Əli oğlu 1973- cü ildə Ağsu rayonunun Hacman kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İdris Əliyev Sumqayıt hərbi komissarlığı tərəfində hərbi xidmətə çağırılıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 13 yanvar 1994- cü ildə Ağdam rayonunun Çəmənli kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.

Əhədov Səhhət Saməddin oğlu 1964- cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. Çiyni kənd orta məktəbində təhsil alıb. Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 30 may 1992- ci ildə o, könüllü olaraq döyüş bölgəsinə gedir. Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərir. 20 iyul 1994- cü ildə növbəti döyüşlərin birində qəhrəmancasına şəhid olur.

Əzizov Seymur Əmirxan oğlu 1971-ci ildə Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. 2 fevral 1994 - cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, döyüş bölgəsinə gedib. 12 fevral 1994- cü ildə qəhrəmancasına şəhid olub.

Fərzəliyev Toğrul Müsabir oğlu 1973- cü ildə Ağsu rayonunda doğulub, ərsəyə çatmışdı. 1992 - ci ilin iyun ayında hərbi xidmətə çağırılmış və ele ordan da Vətənin müdafiəsinə yollanmışdı. Ele iyun ayının 19- da Gədəbəyin "Hörük daş" zirvəsində əbədiyyətə qovuşan mərd ərənlərin sırasında oldu.

Gərayev Məzahir Abdulməcid oğlu 1966-cı ildə Ağsu rayonunun Məlikçobanlı kəndində anadan olub. Kənd orta məktəbi başa vurduqdan sonra Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Vətən borcunu şərəflə yerinə yetirib. Məzahir sonradan könüllü olaraq döyüş bölgəsinə yollanıb. Qarabağ uğrunda gedən döyüşlərdə şücaətlər göstərmişdir. 12 yanvar 1994-cü ildə Məzahir şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Həbibullayev Mehman Rafiq oğlu 1973- cü ildə Ağsu rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 7 may 1992- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfində həqiqi xidmətə çağrılıb. 19 iyun 1992- ci ildə qızğın döyüşlərin birində o, qəhrəmancasına şəhid oldu.

Hüseynov Adıgözəl Feyzulla oğlu 1966- cı ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuşdur. Kənd orta məktəbində orta təhsilini başa vurub. Ağsu rayon hərbi komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağrılıb. Xidmətini başa vurub geri qayıdıb. Daha sonra 1992- ci ildə könüllü olaraq Qarabağa döyüş bölgəsinə gedib. 3 iyul 1992- ci ildə Adıgözəl döyüşlərin birində şəhid olub.

Hüseynov Zahid Ağaşiraz oğlu 1972- ci ildə Ağsu rayonunun Ülgüc kəndində anadan olub. 1979- 89- cu illərdə Ağsu şəhər 2 saylı orta məktəbdə təhsil alıb. 1990- cı ildə Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə gedib. 1992- ci ildə Ağdərə ətrafında gedən döyüşdə şəhid olub.

Hüseynov Rafiq Bəhlul oğlu 1971- ci ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. 1992 - ci il fevralın 25- də Qazançıda qəhrəmancasına əbədiyyətə qovuşub.

Hacıyev Sərdar Heybət oğlu 1973- cü ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 18 yanvar 1993- cü ildə Ağdamın Sırxavənd kəndində düşmən gülləsi ilə şəhid olub.

Hüseynov Zaur Emin oğlu 1975- ci ildə Ağsu rayonunun İlxıçı kəndində anadan olub. Orta təhsilini İlxıçı kənd orta məktəbində alıb. 26 dekabr 1993 - cü ildə o, ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Həsənov Seyran İmran oğlu 1970 -ci ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 16 fevral 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağırılıb. 24 aprel 1994- cü ildə o, ağır döyüşlərin birində şəhid olub.

Həsənov Beybud Əlfazil oğlu 1976- cı ildə Ağsu rayonunun Cəlayir kəndində anadan olub. 19 mart 1994- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 26 aprel 1994- cü ildə ağır döyüşlərin birində şəhid olur.

Xankişiyev Mais Əlbala oğlu 1971- ci ildə Ağsu rayonunun Musabəyli kəndində anadan olub. 13 avqust 1992-ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Cəbhə bölgəsinə gedib. 28 oktyabr 1995- ci ildə Mais ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Qurbanov Natiq Rafiq oğlu 1974- cü ildə Ağsu rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 17 iyun 1992- ci ildə döyüş bölgəsinə gedib. 12 yanvar 1994- cü ildə o, döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Qədirov Namiq Əhmədxan oğlu 1974-cü ildə Ağsu rayonunun Hacısəmədli kəndində anadan olub. 25 sentyabr 1992-ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Qarabağa- döyüş bölgəsinə gedib. 26 yanvar 1994-cü ildə döyüşlərin birində şəhid olub.

Qasımov Yadigar Ağarəhim oğlu 1964- cü ildə Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 1993- cü ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə gedib. 5 may 1994- cü ildə Ağdərə uğrunda gedən qeyri - bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Qurbanov Ağamalı Emin oğlu 1964- cü ildə Ağsu rayon Ləngəbiz kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini şərəflə başa vurub. 15 mart 1994-cü ildə Qaradağ rayon hərbi komissarlığı tərəfindən könüllü olaraq cəbhəyə yollanıb. 6 may 1994-cü ildə Tərtər uğrunda gedən döyüşlərin birində şəhid olub.

Quliyev Niyazi Elxan oğlu 1976- cı ildə Ağsu rayonunun Hacman kəndində anadan olub. 1993- cü ildə o, kənd orta məktəbini bitirib. 28 may 1994-cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 13 noyabr 1996-cı ildə Fizuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.

Mikayılov Tağı Həsən oğlu 1973- cü ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olub. Rəhimli kənd orta məktəbini bitirib. 14 aprel 1992- ci ildə Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 10 iyul 1992- ci ildə şiddətli döyüşlərin birində şəhid olub.

Məmmədov Elsəvər Məmməd oğlu 1970 - ci ildə Ağsu rayonunun İlxıçı kəndində anadan olub. İlxıçı kənd orta məktəbini bitirib. 27 may 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 31 mart 1993- cü ildə ağır döyüşlərin birində qəhərmancasına həlak olub.

Məhərov Elxan Ələmdar oğlu 1975- ci ildə Ağsu rayonunun Nəmirli kəndində anadan olub. Orta təhsilini Nəmirli kənd orta məktəbində başa vurub. 24 oktyabr 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 1993- cü ildə qızğın döyüşlərin birində qəhrəmancasına həlak olub.

Məhərrəmov Mahir Məhərrəm oğlu 1975- ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olub. Dilman kənd orta məktəbini bitirib. 10 may 1993-cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 26 dekabr 1993- cü ildə qeyri- bərabər döyüşlərin birində şəhid olub.

Məmmədov Vahir Ağaqasım oğlu 1972- ci ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. Çiyni kənd orta məktəbini bitirib. 19 noyabr 1993- cü ildə Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 26 yanvar 1994- cü ildə Füzuli rayonu ətrafında gedən döyüşlərin birində qəhrəmancasına həlak olub.

Mustafayev Nuhu Mustafa oğlu 1972-ci ildə Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olub. 16 yanvar 1994- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 14 fevral 1994- cü ildə döyüşlərin birində qəhərmancasına həlak olub.

Mirzəyev Əlsahib Ağasahib oğlu 1975- ci ildə Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. Ərəbuşağı kənd orta məktəbini bitirib. 13 oktyabr 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 19 fevral 1994- cü ildə döyüşlərin birində şəhid olub.

Məlikov Mürşüd Mühadəm oğlu 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində anadan olub. Kalva kənd orta məktəbinin onuncu sinfini bitirib. 23 may 1994- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2 sentyabr 1995- ci ildə döyüşlərin birində qəhrəmancasına həlak olub.

Məmmədov İlkin Gülqasım oğlu 1975 - ci ildə Ağsu rayonunda anadan olub. 1993- cü ildə orta məktəbi bitirib. 26 avqust 1994 - cü ildə Ağsu rayon hərbi komissarlığıtərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 12 noyabr 1995- ci ildə döyüşlərin birində qəhrəmancasına həlak olub.

Nurayılev Azər Əlisafa oğlu 1977- ci ildə Ağsu rayonunun Keçdiməz kəndində anadan olub. Kənd orta məktəbinin onuncu sinfini bitirib. 8 iyun 1995 - ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 20 mart 1997 - ci ildə döyüşlərin birində şəhid olub.

Osmanov Ruslan Əsgər oğlu 1973- cü ildə Ağsu rayonunun Nəmirli kəndində anadan olub. 1980 - c ildə Nəmirli kənd məktəbinin birinci sinfinə getmiş, 1990 - cı ildə Pirhəsənli kənd orta məktəbini bitirmişdir. 1991- ci ildə Ağsu rayon hərbi komissarlığından ordu sıralarına çağırılıb. 1992- ci ilin may ayında Şuşa könüllülər batalonunda döyüşə başlıyıb. 1992- ci ilin avqust ayının 15- də Yenikənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ömərov Ariz Ağadadaş oğlu 1968 - ci ildə Ağsu rayonunun Xatman kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. 7 yanvar 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfində hərbi xidmətə çağırılıb. 19 noyabr 1993- cü ildə qızğın gedən döyüşlərin birində şəhid olub.

Səfərov Fərrux Bəhməndiyar oğlu 1973 - cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Bico kənd orta məktəbini bitirib. 21 oktyabr 1991- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağırılıb. Qarabağa döyüş bölgəsinə gedib. 14 sentyabr 1992- ci ildə döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Səfərov Sənan Köçəri oğlu 1972 - ci ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Bico kənd orta məktəbində təhsil alıb. 18 noyabr 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağırılıb. 12 yanvar 1994- cü ildə o, döyüşlərib birində şəhid olub.

Seyidov Vurğun Əlamət oğlu 1974 - cü ildə Ağsu rayonunun Kalva kəndində anadan olub. Kalva kənd orta məktəbində təhsil alıb. 12 iyun 1992- ci ildə Ağsu rayon Hərbi komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağırılıb. Qarabağa, döyüş bölgəsinə yollanıb. 13 fevral 1994- cü ildə o, döyüşlərin birində şəhid olub.

Nuriyev Mahir Aslan oğlu 1972- ci ildə Ağsu rayonunda anadan olub. Orta məktəbi Ağsu rayonunda başa vurub. 13 dekabr 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 03 mart 1994- cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.

Talıbov Lazım Ağafəndi oğlu 1966- cı ildə Ağsu rayonunun Musabəyli kəndində anadan olub. Kənd orta məktəbini bitirib. Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə gedib. Vətənə borcunu ləyaqətlə yerinə yetirib. 1993- cü ildə könüllü olaraq cəbhəyə yollanıb. 12 yanvar 1994- cü ildə o, döyüşlərin birində şəhid olub.

Talıbov Rüfət Dadaş oğlu 1975- ci ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. Kəndoba kənd orta məktəbini bitirib. 10 yanvar 1994- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1994- cü il 24 aprel Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Vahidov Niyazi Bahadur oğlu 1973- cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. Çiyni kənd orta məktəbində orta təhsil alıb. 1993- cü ildə o, könüllü olaraq cəbhə bölgəsinə gedib. 18 noyabr 1993- cü ildə şəhid olub.

Zamanov Aqil Əbil oğlu 1971- ci ildə Ağsu şəhərində anadan olub. Orta təhsilini Ağsuda alıb. 16 fevral 1993- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə başlayan Aqil bir neçə döyüşlərdə iştirak edib. 7 avqust 1993- cü ildə döyüşlərin birində şəhid olub.

Zahidov Namiq Nəsir oğlu 1961- ci ildə Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Çaparlı kənd orta məktəbini bitirib. Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Vətənə borcunu şərəflə yerinə yetirib. 18 noyabr 1993- cü ildə könüllü olaraq döyüş bölgəsinə yollanıb. 17 fevral 1996- cı ildə o, döyüşlərin birində qəhrəmancasına həlak oldu.

Fətəlizadə Rüfət Nazim oğlu 1995 - ci ildə Ağsu rayonunun Padar kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. 8 yanvar 2014- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 9 fevral 2014- cü ildə xidməti borcunu yerinə yetirirkən şəhid olub.

Bağırov Vahid İntiqam oğlu 1993 - cü ildə Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. 3 yanvar 2012- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağırılıb. Döyüş bölgəsində layiqincə xidmət edib. 05 iyun 2012- ci ildə şəhid olub.

Hüseynov Gündüz Salavan oğlu 1977- ci ildə Ağsu şəhərində anadan olub. 1994- cü ildə Ağsu şəhərində orta məktəbi bitirib. Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Qarabağa, döyüş bölgəsinə gedib. 15 iyun 1998-ci ildə qəhrəmancasına həlak olub.

Cərullayev Elçin Mövsüm oğlu 1978- ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Gəgəli kənd orta məktəbini bitirib. Orta məktəbi bitirib könüllü olaraq Ağsu rayon hərbi komissarlığına gedib və ordan bir başa döyüş bölgəsinə yollanır. 10 may 1999-cu ildə qızğın döyüşlərin birində şəhid olur.

Kərimov Cabir Alxas oğlu 1973- cü ildə Ağsu rayonunda anadan olub. Orta məktəbi bitirib. 16 dekabr 1991-ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 3 yanvar 1994- cü ildə döyüşlərin birində qəhrəmancasına həlak olub.

Xəlilov Mirfəti Məmməd oğlu 1962- ci ildə Ağsu rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 14 aprel 1994- cü ildə o, ağır döyüşlərin birində şəhid olur.

Mirzəməmmədov Məmməd Məhbub oğlu 1962- ci ildə Ağsu rayonunun İkinci Aratkənd kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. Ağsu rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra geri dönüb. Sonra könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 24 aprel 1994- cü ildə o, döyüşlərin birində qəhrəmancasına həlak olub.

Cəbiyev Arif Maarif oğlu 1959- cu ildə Ağsu rayonunun Bico kəndində anadan olub. 1976- cı ildə kənd orta məktəbini bitirib. Hərbi xidmətə Əfqanıstan Respublikasında başlayıb. Orda talibançılara qarşı vuruşub. Döyüşlərin birində qəhərəmancasına həlak olub.

Hüseynov Elnur Ağasən oğlu Ağsu rayonunun Kalva kəndində anadan olub. 1991- ci ildə Kalva kənd orta məktəbini bitirib. Həmin il Şamaxı Kənd Təsərrüfatı Texnikomunun baytarlıq şöbəsinə qəbul olub. 1992- ci ildə təhsilini yarımçıq qoyub cəbhəyə getmişdir. 1993- cü ildə ağır döyüşlərin birində qəhrəmancasına həlak olub.

Məhərrəmov Yadigar Mirzə oğlu 1966- cı ildə Ağsu rayonunun Yenilik kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Hərbi xidməti şərəflə yerinə yetirib, 1993- cü ildə Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən könüllü cəbhəyə yollanıb. 21 aprel 1994- cü ildə Füzuli rayonu ətrafında gedən döyüşlərin birində şəhid olub.

Məmmədov Famil Elman oğlu 1974- cü ildə Ağsu rayonunun Abasxanlı kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adında Ali Hərbi məktəbinə qəbul olub. Təhsilini başa vuran Famil hərbi təyyarəçi kimi Azərbaycanın Hərbi Hava Qüvvələri və hava hücumundan qüvvələrinin Kürdəmirdəki hərbi hissəsinə göndərilir. O, təhsilini NATO standartlarına uyğun artırmaq üçün Türkiyədə müxtəlif kurslar keçir. 2010- cu ilin martın 3 - də Hərbi Hava Qüvvələrinə məxsus SU- 25 təyyarəsində yaranmış texniki nasazlıq üzündən təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsi olduğu üçün pilot polkovnik- leytenant Famil təyyarəni bir qədər uzaqlaşdırmağı bacarır. Lakin həmin qəzada əbədiyyətə qovuşur.

Ağayev Elçin Fazil oğlu 1966- cı ildə Ağsu rayonunun Padar kəndində anadan olub. 1985- ci il aprelin 23- də hərbi xidmətə göndərilib. Sentyabr ayında isə o, Əfqanıstana yola salınıb. Yüksək döyüş texnikasına və siyasi hazırlığa malik olan Ağayev komandanlığın dərin hörmətini qazanıb. O, beynəlmiləlçilik borcunu ləyaqətlə yerinə yetirdiyinə görə "İgidliyə görə" medalı ilə təltif olunub. Ağır tapşırıqlardan birini yerinə yetirərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra "Qırmızı Ulduz" ordeninə layiq görülüb.

Babayev Fuad Əlihüseyn oğlu 1972- ci ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub. 14 aprel 1992- ci ildə Ağsu rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, cəbhə bölgəsinə gedib. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 29 sentyabr 1992- ci ildə ağır döyüşlərin birində şəhid olub.

Abdulxalıqov Mətləb Səftər oğlu 1965- ci ildə Ağsu rayonunun Mustafalı kəndində anadan olub. 1982- ci ildə Mustafalı kənd orta məktəbini bitirib. 1993- cü ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. 1994- cü il fevralın 12- də Füzuli bölgəsində gedən döyüşlərində həlak olub.

İsmayılov Tərlan Hacıkişi oğlu 1966- cı ildə Ağsu Mustafalı kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra 1987- ci ildə N.Tusi adına universitetə qəbul olub. 1993- cü ildə könüllü olaraq cəbhə zonasına yollanıb. 1994- cü il yanvar ayında döyüşlərin birində şəhid olub.

Kərimov Qadir Əliş oğlu 1963- cü ildə Ağsu rayonunun Təklə kəndində anadan olub. 1984- cü ildə Ağsu rayon hərbi komissarlığı tərəfində hərbi xidmətə gedib. Kərimov 1994- cü ildə mayın 7 - də Füzuli bölgəsində gedən döyüşlərin birində həlak olub.

Kərimov Müslüm Kamal oğlu 1966- cı ildə Ağsu rayonunun Növcü kəndində anadan olub. 1984- cü ildə məktəbi bitirib. 1985- ci ildə hərbi xidmətə çağırılıb. 1985- ci ildə döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.